Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Mübariz Mənsimov və Fəzail Ağamalı dostluğu…

Mübariz Mənsimov və Fəzail Ağamalı dostluğu…

“Palmali” Holdinqin prezidenti Mübariz Mənsimov uşaqlaıq dostları ilə bir araya gəlib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı o sosial şəbəkədə paylaşım edib. Bildirib ki, insanın ən gözəl xatirələri onun uşaqlıq illəri ilə bağlıdır. 

“Hər birimizin ürəyinin bir köşəsində onun doğma yurdu, doğma kəndi yaşayır. Və o xatirələri yada saldıqca, sanki o günlərə qayıdırsan. 

Bu dönüş o qədər saf, təmiz, çılğın və arzuolunandır ki, daldığın təəssüratlardan çıxmaq belə istəmirsən. Üzündəki qeyri-ixtiyari təbəssüm, xoş həyəcandan artan ürək döyüntülərin tamam fərqli olur. 

Bir anlığına məni yenidən kəndimə, doğma Miyankiyə qaytaran bu əziz eloğullarına təşəkkür borcum var. Səyyad və Cavid hətta odun daşıdığım günləri də unutmayıb obamda, yuvamda keçirdiyim o əvəzolumaz anları mənə bir daha yaşatdılar. 

Uşağlığımın ən gözəl yazları heç bir zaman yadımdan çıxmayacaq. Bu əziz qardaşlara gəldikdə, Səyyad elmi işçi, Cavid isə gənç iş adamıdır. Mən həqiqətən də onlarla fəxr etdim. Mənim eloğlum olmaları isə, məni daha da qürurlandırdı. Zəkalı, mərd, işgüzar və cox mübarizdilər”.

Qeyd edək ki, iş adamının paylaşdığı fotoda Ana Vətən Partiyasının sədri, millət  vəkili Fəzail Ağamalı da yer alıb. Bu isə təbii ki, sosial şəbəkə istifadəçiləri arasında təəccübə və suallara səbəb olub. F. Ağamalıdamı M. Mənsimovun uşaqlıq dostudur? Onları bir araya gətirən səbəb nədir?

M. Mənsimov bununla bağlı verilən suallara reaksiya verməyib.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …