Ana səhifə / Cəmiyyət / “Müalicə mərkəzləri olmadığı üçün narkomanları həbsxanaya göndəririk”

“Müalicə mərkəzləri olmadığı üçün narkomanları həbsxanaya göndəririk”

“Biz narkomanların böyük əksəriyyətini həbsxanaya göndəririk. Çünki müalicə mərkəzləri yoxdur”.

Azinforum.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, Azərbaycanda məişət zorakılığına məruz qalmış insanlar üçün lazımı səviyyədə yardım mərkəzləri yoxdur:

“Avropa ölkələri ilə müqayisədə, bizdən əhalisi qat-qat az olan ölkələrdə sığınacaqların sayı 300-500-ü keçir. Azərbaycanda isə cəmi iki sığınacaq yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin nizamnaməsində qeyd olunur ki, onlar bu işi təşkil etməlidirlər. Lakin biz bu işin effektiv təşkil olunduğunu görmürük. Bakıda, Zabrat qəsəbəsində bir reabilitasiya mərkəzi yaradılıb. Bu isə o anlama gəlir ki, baş verənlərin, proseslərin böyük əksəriyyəti gizlədilir”.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …