Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Müəllimdən şok müraciət – “Tarixi abidələrə biganə münasibət var”

Müəllimdən şok müraciət – “Tarixi abidələrə biganə münasibət var”

Hörmətli oxucular, bu elmi araşdırma 2015-ci ildə aparılıb. İlkin, yarımçıq olduğu yazı müəllifi tərəfindən qeyd olunur. Lakin təkcə Azərbaycan tarixində deyil, dünya tarixində sensasiya doğura biləcək 15-20 min illik tarixə malik elmi bir obyektin bu günədək diqqətdən kənarda qalması yalnız təəssüf hissi doğurur. Respublika Elmlər Akademiyası, onun tarix institutu, Respublika Turizm və Mədəniyyət nazirliyinin indiyədək buraya elmi ekspedisiya göndərməməsi, yerli sakinləri narahat edir. Lakin… Yəqin bu yazı ətalət buzunun əriməsinə təsirsiz qalmaz. Elşad Əmənovun 2015-ci ildə Cəlilabad rayon qəzetində dərc oluub.

 

ELŞAD  ƏMƏNOV. CƏLİLABAD RAYONU ŞATIRLI KƏND TAM ORTA MƏKTƏBİNİN TARİX MÜƏLLİMİ.

Tarixi yerləri ilə diqqətimi cəlb etmiş Lerik və Yardımlıya getmək arzusu ilə yaşayırdım. Məlik (Məlik Bəxtiyaroğlu – Alar kənd sakini) müəllimin internetdə paylaşdığı tarixi yerlərə aid şəkillər marağımı daha da artırmışdı. Orucluq bayramından sonra səfərimi reallaşdırmaq fikrimdə idim.  Bakıdakı dostlarımdan biri – Esmira xanım Yardımlının Alar kəndinə elmi araşdırmalar üçün gedəcəklərini mənə bildirdi. Onlar Zoologiya institunun 4 elmi işçisi idi. Esmira xanım mənim də onlarla birlikdə getməyimi xahiş etdi. Məsləhətləşdik. Iyul ayının 22-də Yardımlı rayon mərkəzində görüşdük. Orada bizi Alar kəndinin bələdiyyə sədri, dil-ədəbiyyat müəllimi Almirzə müəllim qarşıladı. Səfərimizin əlaqələndiricisi rayon tarix-diyarşünaslıq muzeyinin elmi işçisi Əlsəfa müəllim idi.

Çay içib, azacıq istirahət edəndən sonra yola düşdük.Yolun çətin olduğunu bilirdim. Ona görə də sürücünün bacarığını öyrənmək istədim. Onun adı Seymur idi. Fikrimi dərhal anlayan sürücü dedi :- Müəllim, arxayın olun ! Hər gün bu yoldayam, yolu dəqiq tanıyıram, maşınımda da heç bir problem yoxdur. Bu sözlərdən sonra bir az arxayın oldum. Tapşırdım ki, tələsmə, vaxtımız var…

Bir-iki kilometr asfalt yol ilə gedəndən sonra sola döndük. Hamarlanmamış daş yol ilə tullana-tullana, yellənə-yellənə hündür dağlara, sıldırım qayalara tərəf istiqamət aldıq…

Almirzə müəllim yolboyu söhbət edir, ətraf yerlərlə bizi tanış edir, məlumatlar verirdi.  Sanki diqqətimizi narahat yoldan yayındırmaq istəyirdi. Dağlara qalxdıqca, yol daha da çətinləşirdi. Sağa-sola baxmaq olmurdu hərdən fikirləşirdim ki, kaş bu yolu piyada gedəydim….

Özüm dağ şəraitində böyümüşəm. Ancaq nə belə dağ görmüşdüm, nə də belə yol… Bir-birinin ardınca aşırımları keçdikcə hesab edirdim ki, haradasa, hamar, düzəngah bir yol olacaq, olmadı… Elə bu istəklə də gəlib dağın döşündə qərar tutmuş qədim Alar kəndinə çatdıq.

Yol o qədər ağır və üzücü oldu ki, maşından yerə düşəndə Allaha şükür etdim… sanki, SİRAT körpüsündən salamat keçmişəm…

Alar əhalisinin yol sarıdan nə qədər əziyyət çəkdiklərini gözümlə gördüm.

Saat 18-19 radələri idi. Almirzə müəllimin həytinə çatdıq. Məlik Bəxtiyaroğlu bizi orada gözləyirdi. Çox səmimi qarşılandıq. Çoxdankı dostlar kimi qucaqlaşıb salamlaşdıq. Əl-üzümüzü sərin su ilə yuyandan sonra elə həyətdə – kölgəli bir yerdə əyləşib təzə dəmlənmiş kəklikotulu çayı içdik, söhbət etdik.

Şırıltısı adama rahatlıq verən çaya tamaşa etmək üçün ayağa qalxdım. Yay vaxtı belə bol suyu olan dağ çayı görməmişdim. Çaydan cənuba tərəf, təqribən 40 metr hündürlükdə yerləşən mağaranı gördüm. Oraya çıxmaq, mağaraya baxmaq üçün Almirzə müəllimin oğlu, qonşu uşaqları, doktorant Aqil müəllim də mənimlə getdi. Təbii bir mağara idi. Təqribən 40 kvadrat metr olardı. Başqa bir işarə və ya təsvirə rast gəlmədim. Bir az dayanıb kəndə tərəf tamaşa etdik. Hansı istiqamətə baxırsan, yeni bir təbiət gözəlliyini görürsən…

Yenidən caya düşdük.Təmiz, şəffaf, daşların arasından sürətlə süzülərək Viləş çayına qovuşmağa can atan Alar çayına xeyli tamaşa etdik. Nəinki yorğunluğumu unutdum, özümü daha rahat və gümrah hiss etməyə başladəm.

Şam yeməyindən sonra ilk təəssüratlarımızı bölüşür, Məlik müəllimlə Almirzə müəllimin böyük həvəslə kəndin tarixi, flora və faunası haqqında söylədiklərinə maraqla qulaq asırdıq. Sonda məsləhətləşdik ki, səhər, yəni İyul ayının (2015-ci il) 23-də hamımız Alar kəndinin qarşısında məğrur görkəmli “Qız qalası”na gedəcəyik. Alimlərimiz orada öz sahələri üzrə çalışacaq, mən isə qala haqqında tarixi məlumatları öyrənəcəyəm…

Gecələmək üçün mən Məlik müəllimlə getdim. Alimlərimiz – Esmira Məmmədrzayeva – biologiya elmləri namizədi, böyük elmi işçi, İlhamə Kərimova – biologiya elmləri namizədi, böyük elmi işçi, Səbinə İsmayılova – biologiya elmləri namizədi, böyük elmi işçi, Aqil Haqverdiyev – elmi işçi, doktorant – isə Almirzə müəllimin evində qaldılar.

Məlik müəllimin evi,həyəti kiçik, darısqal olsa da  təmiz və səliqəli idi. Belə bir məkana bütöv bir dünya yerləşmişdi. Mələk kimi övladları var. Allah onları xoşbəxt etsin! Geniş dünyagörüşlü, intellektual səviyyəli,  nikbin baxışlı, orjinal fikirlər müəllifi, şair, rəsam, fotoqraf, coğrafi bilgilər sahibi kimi ali keyfiyyətləri Məlik müəllimdə gördüm. Həmin günü saat 2-yə qədər oturduq, söhbətləşdik..

23 İyul səhər tezdən durduq. Təzəcə nahar etmişdik ki, Almirzə müəllimdən zəng gəldi :- Biz yola çıxmışıq. Elşad müəllimi gözləyirik…

Dərhal dəftər-qələmimi götürdüm. Məlik müəllimin kiçik oğlu Elvin şəkil çəkmək və yolda  kömək etmək məqsədi ilə mənimlə yola düşdü. Məlik müəllimin evindən bir az aralanandan sonra qalaya gedən yolu gördüm.  Dayandım. Təqribən 2 km. məsafəni sərt yoxuşla qalxmalı idim. Bir yola baxdım, bir də yolun yarısında dayanıb o taydan mənə baxan yol yoldaşlarıma… Onlar əlləri ilə işarə edir, məni gözlədiklərini bildirirdilər… adam özünü zəif, aciz  hiss edəndə lap ağlamağı gəlir. Ürəyimdə olan problem belə yollarda hərəkət etməyimə imkan vermirdi. Həkimim qadağan etmişdi. Ehtiyata dərmənlarımı da götürmüşdüm.  Yolun kənarında, kölgəli bir yerdə dayanan yoldaşlar isə məni hey səsləyirdi.

Öz – özümə fikirləşdim ki, hələ çaya qədər düşüm. Bir az yuxarı qalxaram. Hərəkət edə bilməsəm, bir at tapmağı xahiş edərəm.. piyadalar üçün salınmış körpünü keçdim. Bir az dayanıb qalaya tərəf baxdım… Yarım addımlarla, yavaş-yavaş hərəkətə başladım. Mən yol yoldaşlarıma çatana qədər onlar məni gözlədilər. Təqribən 100 metr məsafəni yavaş-yavaş addımladım. Ancaq, ürəyimdə heç bir problem olmadı. Özüm-özümə məəttəl qalmışdım…

Artıq 200 metr irəliləmişdik. Almirzə müəllimə dedim ki, yolumuzun üstündə olan axırıncı evdə çay içək, bir az dincələk, sonra yolumuza davam edərik. Sən demə, həmin ev Almirzə müəllimin qardaşının evi imiş. 30 dəqiqə istirahət edəndən sonra “Sirab bulağı”na istiqamət aldıq. Bu bulaq qala yolunun üstündə idi. Bulağa çatdıq. Daşın arasından çıxan mineral su öz axarı ilə axırdı. Belə biganəlik olar ?! Allah bu yurda hər şey verib – təbiət mənzərəsi, bol su qaynaqları, can dərmanı olan təbii qida və dərman bitkiləri, mineral sular.. Daha nə lazımdır ?!  Yerli əhali bunlardan özləri üçün istifadə edirlər. Ancaq lazımdır ki ən azından region səviyyəsində bu sərvətlərdən istifadə olunsun…

Buz kimi sirab suyundan hərəmiz bir stəkan içdik. Sonra kolluq və qayalıqlarla  üzüyuxarı çıxmağa başladıq.

Mən bəzi hallarda dəstədən qabaqda gedirdim. Anlaya bilmirdim ki, məndə nə baş verir…Yəni sağaldım ?! Almirzə müəllimə dedim ki, mən özümü çox rahat hiss edirəm. Son 13 ayda ilk dəfədir özümü bu qədər rahat hiss edirəm. Almirzə müəllim dedi ki, biz yüksəklikdəyik, hava çox təmizdir. Bu sözlərdən sonra ani olaraq dayandım.

Almirzə müəllim, hava təmizdir, bilirəm. Ancaq elə bilirəm ətir iyi gəlir…bu iy mənə çox yaxşı təsir edir.

Almirzə müəllim yerdən qurumuş otlardan bir ovuc yığıb mənə verdi. Onları iylədim. Duyduğum bu otların ətiri imiş. Kəklik otu, mərzə,…

Bu cümlələri yazmaqda səfərimin bütün detallarını qeyd etmək fikrim yoxdur. Praktik olaraq bu dağların havasının ürək-damar sisteminə necə müsbət təsir etdiyini anlatmağa çalışıram. Sonradan öyrəndim ki, sovet vaxtında Göyçə gölünün yanında ürək-damar sisteminə aid  dərmansız müalicə obyekti olub. Deməli, Yardımlıda da belə bir müalicə obyektinin tikintisi mümkündür. Alarda olduğum müddətdə mənim ürək dərmanlarına  ehtiyacım olmadı. Tədricən həmin problem yox olmaq həddinnə çatıb. Yol yoldaşlarım həmin otlardan yığıb mənə verdilər. Ciblərimi doldurdum. Arada dizə çöküb həmin otları iyləyir, arada isə cibimdəki otları çıxararaq iyləyirdim. Maraqlısı odur ki, həmin otları iyləyəndən sonra istər-istəməz adam gülümsəyir. Mən orta əsrlərə aid məlumatları oxuyan zaman məhz belə bir məlumata rast gəlmişdim; özüm gördüm, özüm yaşadım həmin anları…

Qalaya  qərb tərəfdən yaxınlaşırdıq. 500 metr qalmış cənub-şimal istiqamətində qara rəngli qaya daşlarından tikilmiş hasar yerlərinə rast gəldim. Bəzi yerlərdə hasarın uçmamış hissəsinin hündürlüyü 1- 1,5 metrə çatır. Bu hasarın mərkəzinə birləşərək qərb istiqamətinə daha bir hasar uzanmışdı. Eyni vəziyyətlə qalaya 300 metr qalmış rastlaşdıq. Bu hasar əvvəlki hasara paralel tikilmişdi. Qalaya 150 metr qalmış su arxının yeri açıq-aydın bilinir. Fikrimcə, su arxı döşəmə daşların arası ilə cənubdan şimala doğru istiqamətlənib. Suyun mənbəyi cənubda hündür dağlarda olan bulaq  suları olub.

Qalaya 60-70 metr qalmış kəhriz sularının çəkilişində istifadə olunan  saxsı tünglərin tapıldığı yeri mənə göstərdilər. Həmin tünglər Alar kənd tam orta məktəbinin tarix müəllimi Yusif müəllimin evində saxlanılır. Həmin borular formasına görə 13-14-cü əsrlərə aiddir.

Hasarların hörgüsündə heç bir bərkidici məhluldan istifaı edilməyib. Sadəcə torpağı isladaraq, saman, küləş və ya ot qatqısı olmadan yarıbərkimiş halda hörgü qatlarında istifadə edirmişlər.  Hasarın fərqli xüsusiyyəti ondan ibarətdir ki,  relyefə uyğun olaraq maili formada hörülmüşdür. Qeyd edim ki, Alar kəndində indi də istər ev, istərsə də digər tikililər zamanı xüsusi bərkidici maddələrdən, məhlullardan istifadə edilmir. Bu da ənənəvi tikinti qaydalarının hələ də yaşandığını göstərir. Yerli əhalinin dediyinə görə hələ indiyə qədər nə zəlzələ zamanı, nə də ağır qar yüklənməsindən binalara zərər dəyməyib.

Qalaya 100 metr qalmış yaxşı bişməmiş kərpic hissəsi və tünd qırmızı rəngli kərpic qırığı tapdım. İlkin baxışdan bir növ kərpicin kənardan gətirildiyini, o biri növün  yaxın yedə istehsal olunduğunu güman etmək olur. Cünki, yerli torpağın tərkibi kərpicin tünd qırmızı olmasına imkan vermir.

Alar kənd tam orta məktəbinin tarix müəllimləri  Yusif və Ələsgər müəllimin  ifadələrinə görə  “Qız qalası”nın üstündəki tikilidə kvadrat formalı kərpiclərdən istifadə olunub.

Qalanın ətrafında gəzən zaman tapdığım boyalı və şirəli qab nümunələrinin qırıqları burada eramızın ilk əsrindən 14-cü əsrə qədər fasiləsiz həyatın olduğunu sübut edir. Yusif müəllimin və Ələsgər müəllimin  ev şəraitində saxladıqları müxtəlif saxsı və mis əşyaları, nümuzmatik materiallar öylədiyim fikri təsdiq edir. Eyni zamanda, Hindistanla ticarət əlaqələri haqqında fikir söyləməyə əsas verir. Kəndin ətrafından tapılmış digər arxeoloji nümunələr Yardımlı rayon Tarix-diyarşünaslıq muzeyində saxlanılır.

Biz yavaş-yavaş “Qız qalası”na yaxınlaşırdıq. 30-40 metr qalmış qalanın girəcəyində xüsusi mövqedə, möhkəm bünövrə üzərində qurulmuş nəhəng daşı gördüm. Bu daş ilk baxışdan diqqətimi cəlb etdi.

 

Yaxınlaşan zaman onun yuxarı hissəsində ürək şəkilli oyuğun olduğunu gördüm. Başa düşdüm ki, bu işarə “Qız qalası”nın açarıdır. Bu işarə vasitəsi ilə buradakı sistemin quruluşunu açmaq olacaq. Eyni zamanda, qalanın əhəmiyyətini, tarixi yaşını müəyyən etmək mümkün olacaq. Ətrafı gəzməli oldum. Kənarda dayanıb həmin nöqtəyə fikir verdim. Işarənin forması,istiqaməti onun tək olmadığını bildirirdi. Bir az hündürə qalxmalı oldum. Bəli, ikinci işarə də görsəndi. İlk dəfə gördüyüm işarəli daşın biri də həmin daşa arxa çevirmişdi. Yəni, eyni işarəli iki daş arxa-arxaya durmuşdu. Həmin daşlardakı oyuğun biri şimal-şərqə, o birisinin oyuğu cənub-qərbə istiqamətlənmişdi. Üçüncü hərəkətim nə olmalı idi ? Bu iki oyuğun tarazlığını bildirən işarənin tapılması. Kənar daşlarda həmin işarəni müəyyən edə bilmədim. Odur ki, daşın üzərinə çıxmalı oldum. Axtardığım  3-cü işarəni tapdım. Həmin işarə şəkildə daşa söykədiyim sol əlimin altındadır. Orada üç qabarıq formada daş çıxıntı var. Onların uzunluğu 25-30 sm, eni isə 4 sm. Artıq bu işarələrin mənası mənə aydın idi. Yerə düşüb kənardan oyuqlara fikir verdim. Saat 14-15 radələri idi. Günəş təqribən zenit vəziyyətində idi. Axtardığım 4-cü işarəni tapmaq üçün Günəşin enməsini təqribən 2-3 saat gözləməli idim. Odur ki, qala ilə üzbəüz olan mağaraya baxmaq üçün yollandıq.  Tektonik proses nəticəsində əmələ gəlmiş bir mağara idi. 300-500 adamın sığna biləcəyi bir mağara idi. Mağaradan qədim insanların, sonra isə ayrı-ayrı tarixi dövrlərdə adamların sığınacaq kimi istifadə etdiyi aydın şəkildə bilinir.  Mağaranın ön tərəfinə aşmış nəhəng daşlar onun ön tərəfinin vaxtı ilə bağlı olduğunu göstərir. Deməli, insanlar qış vaxtında da burada yaşayıblar. Güman edirəm ki, Orta əsrlərdə də buradan yaşayış yeri kimi istifadə olunub. Xüsusilə elatlar üçün daha münasib obyekt olub. Mağaranın yeri illərlə tavandan qopmuş daş qəlpələr və divar çatlarından axan lehməli su ilə dolmuşdur. Bu da mağaranın yerinin hündürləşməsinə – əvvəlki görkəminin dəyişməsinə səbəb olmuşdur.

 

Yerli əhalinin verdiyi məlumata görə mağaradan “Oğlan qala”ya və Ərdəbil istiqamətində yeraltı iki yol var. Hazırda Alar kəndində yaşayan bir şəxs həmin yeraltı yollardan birini göstərə biləcəyini söylədi. Mağaranın içərisindən “Qız qalası” tam aydınlığı ilə görsənir. Mən mağaranın cənub hissəsində, daş divarın nəm olduğu yerə fikir verdim. Qulağımı divardakı çata söykədim. Həmin çatdan qulaq pərdəsinə zəif də olsa, küləyin dəydiyini hiss etdim. Bu hadisə yeraltı yolun olmasını güman etməyə əsas verir. Mağara haqqında söylədiyim fikirlər yerli əhalinin söhbərlərinə və şəxsi müşahidələrimə əsaslanır. Burada arxeoloji qazıntının aparılması  mütləqdir. Belə bir qazıntının aparılması burada bir çox şübhə və əfsanələrin dolaşmasına son qoya bilər.

Yoldaşlarım mağarada qaldı. Mən isə işarələri olan daşların yanına qayıtdım. Mənə aydın idi ki, işarəli daşlar Günəş, Ay, Ulduzlar sistemi ilə bağlı təqvimin hazırlanmasında istifadə olunan, əsas obyektlərdir. Eyni zamanda, bu işarələr vasitəsi ilə hələ də bizə qaranlıq olan bir çox məsələlərə aydınlıq gətirmək olacaq. Bəs nə etməli ? Bu müşahidələri necə həyata keçirməliyəm ? Bundan sonra növbəti addımım Günəş şüalarının daşın oyuğuna düşəcəyi anı gözləmək idi. Oyuqda kölgənin yox olması və təkrarən kölgəli olması müşahidə vaxtı üçün sərf olunacaq müddət olmalı idi…  həmin an gəlib çatdı. Fərziyyələrimi qeydiyyat aparmadan müşahidə edirdim. Çünki, əsas məsələ düşündüklərimin reallığını görmək idi. Qeydiyyat aparmaq, tədqiqatla məşğul olmaq sonranın işi idi… həmin anlar bu hisslərin həyəcanını yaşayırdım. Artıq oyuğun içərisi tam işıqlanmışdı.  Ətrafı maraq və diqqətlə izləyirdim. Budur, ilk fiqur görsəndi!  Elvin mağarada dayanmışdı. Tez onu səslədim.

Elvin, tez 30 metr aşağı düş !

Dağ balasıdır!

Daşların üstü ilə qaça-qaça aşağı düşdü: – Elvin, qarşısında dayandığın daşın şəklini çək!

Şəkili çəkdi: – Aparata bax, şəkil alındı?!

Bəli, müəllim, şəkil var.

– Tez yanıma gəl!

Yenə qaça-qaça dayandığım yerə gəldi. Yenidən həmin daşın şəkilini  çəkdirdim. Yoxladım. Şəkil əla alındı: – Elvin, sən nəyi çəkdin? – deyə soruşdum: – Hələ həmin şəkilə bax, nə görürsən ?

Elvin şəkilə baxıb bir an dayandı; başını qaldırıb şəkilini çəkdiyi daşa baxdı… ani baxışdan sonra təəccübü formada dedi: – Müəllim, bu insan şəkilidir. Daş heykəl !… O biri yoldaşları tək-tək yanıma çağırdım. Hər biri eyni sözü təkrar etdi: Bu daş deyil. İnsan heykəlidir! Almirzə müəllim, belə fiqurla ilk dəfə olaraq rastlaşdığını söylədi. Hansı ki, uşaqlıqdan bu yerlər onun oylağı olub.   Mən söylədim ki, ətrafa nəzər salın.Yenə hansısa siulet görsənəcək. Hamı ətrafa daha diqqətlə baxmağa başladı. Elə bil ki, nəyi isə itirmişdik. Mağaradan yuxarı, təqribən 50-60 metr cənubda gözümə anakonda siuleti görsəndi. Belə bir fiqur mənim ağlıma da gəlməzdi. Hamının diqqətini həmin istiqamətə yönəltdim. Ancaq, nə gördüyümü demədim. Fiqurun nə olduğunu hərə özü söyləsin. Bəli, hamı eyni sözü təkrar etdi: – İlandır, kobradır, anakondadır…

Bu qayda ilə daha iki fiqurun yeri müəyyənləşdi. Lakin, yüz faiz canlanma olmadı. Çünki, günəş şüasının meyl dərəcəsi dəyişmişdi. Deməli, qalan işi davam etdirmək üçün səhəri gün günəş çıxmamış burada olmalıyıq.Ona görə ki, gün ərzində günəşin yerdəyişməsini tam müşahidə apara bilək… Lakin, işimiz yarımçıq qaldı. Ertəsi gün səfərimi dayandımalı oldum.

Oxucular elə zənn etməsin ki, 21-ci əsrdə onlara real, tilsimlənmiş bir obyekt haqqında sensasion məlumat verirəm.  Bəli, ilk baxışdan bura tilsimlənmiş yer kimi görsənir. (BƏLKƏ DƏ BELƏDİR…)  Sağ gözü kor olan, zəhimli baxışlı daş – insan heykəli, tükürpədici görkəmi olan nəhəng ilanın baxışları və digər fiqurlar hər bir insanda belə bir təəssürat yarada bilər. HƏM DƏ YARADIR ! Belə bir məkanda qeyri-adi daş fiqurların mövcudluğu nəyə dəlalət edir ?Bu fiqurları təbiət hadisəsinin nəticəsi kimi başa düşmək istəyənlər elə bu başdan səhv etmiş olarlar.             1)Yer səthində (qalanın qarşısında) 18 ədəd daş oyuğun olması. 2)Nəhəng daşlar üzərində iki ürək şəkilli oyuğun olması. 3)Daş heykəllərin olması. 4)Qalanın üstündə daş hovuzun olması 5)Qalanın ətrafında və ona yaxın ərazilərdə daş hasarların olması. 6)Qala istiqamətində daş arxla gətirilən su yolunun olması. 7) Tünglər vasitəsi ilə qalaya çəkilmiş kəhriz su xəttinin aşkar olması. 8) Kərpic istehsalı üçün nəzərdə tutulmuş kürə yerinin olması. 9) Qalanın yaxınlığında böyük məzarlığın olması. 10) Boyalı və şirəli qab qırıntılarının, qab nümunələrinin olması. Və s. Bütün bunlar “Qız qalası”nın unukal tarixi keçmişindən xəbər verir ! Qalanın qarşısında və ətrafında belə bir fiqurların olmasına nə ehtiyac var ? Bu daşlar nə üçün hərdən fiqur forması alır, hərdən daşa dönür?! Hər iki sualın cavabı eyni məqsədə xidmət edir. Yəni, qalanın “MÜHAFİZƏSİNƏ”! NECƏ ?

Birinci yol: Savadsız, qaragüruhçu, qorxaq adamlar bu fiqurları görərlərsə, məkanın qorxulu yer olduğunu güman edəcək…tilsimli məkan olduğunu düşünəcək. Gördükləri haqqında fantaziya yaradacaq, özü kimi adamlarda qeri-adi duyğuların formalaşmasına kömək edəcək. Nəticədə qalaya insan əli ilə bir xətər dəyməyəcək. Necə ki, indiyə qədər insanlar tərəfindən hər hansı bir müdaxilə olunmayıb!

 

 

İkinci yol: savadlı insanlar burdakı işarələrlə qalanın elmi cəhətdən diqqətəlayiq, mühüm abyekt olduğunu başa düşəcək, min illərlə insan dühasının yaratmış olduğu  bu obyektin elmi sirlərini açmağa nail olacaq. Bu mənada qalaya olan hər hansı bir təcavüzün qarşısı məqsədli şəkildə alınacaq.

Daşların bu və ya digər formaya düşməsi nə tilsim, nə də sehr deyil.Bu epizodik bir görünüşdür. Günəş şüasının həmin obyektə düşmə bucağından asılıdır. Daha doğrusu, günəş şüası obyekti daha qabarıqlaşdırır, diqqətçəkici edir.

Mən burada heykəltaraşlıq sənətinin möhtəşəm nümunəsinin şahidi oldum. Heykəllərin hazırlanmasında üç metodik üslubun harmoniyasını adi adam da görə bilər… 1)Daş yonma.2) Daş materialının xüsusi seçimi.3) Günəş şüasının enmə bucağından istifadə.

Fiqura dönən daşların tərkibində ağ, parıltılı metal tozlar var. Daşın müəyyən hissəsi elə yonulur ki, yonulan hissə günəş şüası zamanı qaranlıq, daha doğrusu, kölgəli olur. Daşın qabarıq hissəsinə xırda bir fiqur verməklə böyük sənət əsəri yaradır. Deməli, qala ətrafında aparılan müşahidələr ilk olaraq günəş  şüasının hərəkət istiqamətinə əsaslanmalıdır. Meydana gələn, görünən hər nə varsa, qeyd olunmalı, yerləşmə yerləri xəritələnməli, sonra isə təhlil olunmalı, izah olunmalı, şərh verilməlidir.

 

Deməli, 15-20 min il bundan əvvələ aid olan  “Qız qalası”nın SİRRİNİ açmaq  mümkündür ! Eyni zamanda, həmin dövrdə heykəltaraşlıq sənətinin unukal metodologiyasını da öyrənmək olar .

Gördüklərim, bildiklərim, izahlarım haqqında tarixçi həmkarlarıma məlumat verdim. Onlardan bu mövzu ilə əlaqədar məsləhətlər almaq istədim. Həmin yerdə 1980-ci illərdə arxeoloji ekspedisiyanın tərkibində fəaliyyət göstərən dostum, tarixçi-arxeoloq Tofiq Əzizov:”Elşad müəllim, biz orada işləmişik… ancaq, sizin aşkar etdiyiniz işarələr bizim gözümüzdən yayınıb.Sizin o sahəyə olan marağınız həmin işarələrin aşkar olmasına əsas şərt olub. Bu, böyük hadisədir. Sizi təbrik edirəm. İnandırım sizi, Azərbaycan tarixində əsaslı hadisələrdən biridir. Azərbaycanda qədim sivilizasiyalara aid elmi obyekti aşkar etmisiz… bu obyektin xüsusi araşdırılmasına ehtiyac var…”

Feysbook dostum Qalib Quliyev : “Bu qala ilkin oğuzlardan qalma Günəş qalasıdır. Bu qalalarda günəş, ay, ulduzlar müşahidə olunmuş, müvafiq cədvəllər hazırlanırmış.”

Mənə aydın olan məsələlərdən biri də “Qız qalaları” haqqında söylənilən standart fikirlərin arxasında qeyri-normal məqsədlərin gizləndiyi oldu. Yəni, elmi mədəniyyətin daşıyıcısı olan bu qalaları  digər qalaların funksiyaları ilə eyniləşdirmə cəhdi. Dəqiq desəm, oğuz-günəş mədəniyyətinin izini itirmək ! Tarixi mirasımızdan bizi uzaqlaşdırmaq! “Müşahidə məntəqəsi”,”Karvan yollarına nəzarət obyekti”, “Son sığınacaq yeri”, “Qız və qadınların sığınacaq yeri”, “Hərbi istehkam”və s… Bu ifadələri yeri gəldi-gəlmədi, uyğun oldu-olmadı,fərqinə varmadan işlədərək  gerçək durumda özümüzü “oyuna” atırıq. Tariximizi cılızlaşdırırıq… Qalalardan zamana görə müxtəlif tələbatlara uyğun istifadə olunub. Bu, şübhəsizdir. Ancaq, bizim məqsədimiz  həmin qalaların ilkin təyinatını  dəqiqləşdirməkdir.

Alimlərin (müasir dil ilə desək) qaldığı, yaşadığı və kosmik hadisələrin müşahidə edildiyi , öyrəndiyi məkan məhz belə qalalar olub.

“Oğuzların qalası” ifadə kimi dəyişərək “Qız qalası” olmuşdur. Qalanın belə adlanmasında heç bir məntiq yoxdur.

QALANIN TƏSVİRİ.

“QIZ QALASI”nın qarşısındakı sal daşlar üzərindəki işarələr, obrazlı daş fiqurlar, daş üzərindəki 18 ədəd oymalar bu məkanda ən qədim elmi biliklər sisteminin mövcudluğundan xəbər verir. Maqmagiya elmi əsaslarına söykənən bu sistemin təqribən 15-20 min il bundan əvvələ aid olduğunu söyləmək mümkündür.

“Qız qalası” adlanan tam halda dağ görkəmli daş olub. Həmin daş yuxarıdan aşağı silindir formada yonulmuş, ona xüsusi bir görkəm verilmişdir. Qalanın oturacaq hissəsi yuxarıya nisbətən böyük olub. Qalanın əsas oturacaq hissəsi nəlbəki formada olub. Yəni, qaladan təqribən 25-30 metr aralı, dairəvi olaraq sal qaya daşlarından hasar olub.  Həmin hasarın salamat qalan hissəsi cənub tərəfdədir. Qalanın oturacaq hissəsi ilə hasar arasındakı məsafə qalaya dairəvi olaraq dolanıb, hamar olub.

Qalanın ətrafından tapılan saxsıdan hazırlanmış məişət əşyalarının qırıntılarına hələ də rast gəlmək mümkündür.

 

Qalanın üstündəki kərpic tikili tamamilə məhv olub. Alar kəndində bir çox vətəndaşlar qalanın üstündə 2×3 ölçüdə, 1,5 metr dərinliyində daş oyuğun olduğunu söyləyirlər. Mən hesab edirəm ki, astroloqlar həmin oyuqda  (su ilə dolu halda) əks olunan ulduzların hərəkətini izləyib qeyd edirmişlər.  Min illər ərzində aşınmaya məruz qalmış qala ilkin formasını itirmişdir.

Məqalədə qeyd olunan son müşahidələr “Qız qalası “haqqında ilk ciddi məlumatlardır. TAM DEYİL. Orada öyrəniləsi işlər çoxdur.Öyrənilməli, təhlil olunmalıdır !

“Qız qalası”ndakı elmi araşdırmaların tamamlayıcı hissəsi LERİK rayonu ərazisində olan “Oğlan qalası”dır. Yəni, bu iki qala bir-birini tamamlayır. Yekun rəy hər iki qalada aparılan elmi tədqiqatın birgə nəticəsinə əsaslanmalıdır.

İSTƏR LERİK ƏRAZİSİ, İSTƏR YARDIMLI ƏRAZİSİ TARİXİMİZİN UNİKAL “YATAQLARIDIR !

 

XƏRİTƏNİN MÜƏLLİFİ: QALİB QULİYEV

“Qız”  və  “Oğlan” qala adı ilə onlarla qalalar mövcuddur. Adətən həmin qalalar bir-birinə çox yaxın tikilir.  Eyni adlı qalalar Buravar sıra dağlarında da var. Alar kəndinin qarşısındakı qalalarla Buravar sıra dağlarındakı eyniadlı qalalar arasındakı  hava xətti ilə təqribən 20 – 30 km  məsafə var.  Eyni adlı qalaların bir-birinə paralel yerləşməsinin anlamı nədir ? Fikrimcə Buravar sıra dağlarındakı  qalalar yardımçı qalalardır. Onlar Bakı “Qız qalası” ilə Alar “Qız qalası “ arasında yerləşir.  Bu təsadüfi deyil. Eyni adlı, eyni funksiyalı qalalar… aydın-açıq burada bir əlaqənin, bir sistemin olduğunu hiss edirik. Nə qədər ki, hiss etdiyimizi məntiqi fikrə döndərə bilməmişik,”əfsanələr” pərvanə kimi bu qalaların başına fırlanacaq. Yersiz,mənasız, tarixi əsası olmayan nağıl və  əfsanələr bu qalaların sindiromuna çevrilib.

Bu şəkildə qalanın açarı olan iki daş görünür.(ön planda).

İranlı tarixçi Bastani Parizin fikri : “Qız” məfhumu qədim Şərqin müqəddəs su ilahəsi ANAHİTANIN adı ilə bağlıdır. Bu qalalarda ilk əvvəllər Anahitanın şərəfinə MƏBƏDLƏR  ucaldılıb. Məbədlər dini xarakterini itirdikdən sonra müşahidə məntəqəsi, sığınacaq yeri kimi istifadə olunub. Düşmən hücumlarından qorunmaq məqsədi ilə qız və gəlinləri bu məbədlərdə gizlədirmişlər. Odur ki, həmin qalalar “Qız qalası” kimi adlanmağa başlayır”.  Fərz edək ki, bu fikirlə razılaşdıq. Bəs “Oğlan qalası”ifadəsini necə yozmalıyıq..?Məntiqə görə “Oğlan qalas”ında da kiçik oğlan uşaqları və ahıl kişilər gizlənirmiş !!! Aydın-açıq bu ifadədə məntiq görünmür. Deməli, əvvəlki yozum da səhvdir, inanmaq olmur. Nə üçün tədqiqatçılar arasında bu qədər fikir müxtəlifliyi var ?! Ona görə ki, qalanın əsl adı yerindən “oynayıb”. BU SÖZLƏR OĞUZ  SÖZÜNÜN “TÖRƏMƏLƏRİDİR”. OĞ FORMASINI DƏYİŞİB QĞLAN ADI ALIB. UZ-QIZ KİMİ DAHA MÜNASİB FORMADA İŞLƏNİB. Bu qalalar bir-birlərinə yaxın olduğu üçün onları 1-ci Qğuz qala, 2-ci Oğuz qala və ya ekiz, əkiz qala adlandırmaqdansa birini “QIZ QALA”, ikincini isə “OĞLAN QALA” adlandırıblar. Bu adlar elmi ədəbiyyatlara xalq dilindən keçib.

 

 

OĞUZ-GÜNƏŞ MƏDƏNİYYƏTİ HAQQINDA ELMİ BİLİKLƏRİN 15-20 MİN İL BUNDAN ƏVVƏL MƏRKƏZİNİN AZƏRBAYCAN OLDUĞUNU TƏDRİCƏN DƏRK EDİRİK… HƏM DƏ DƏRK EDİRİK Kİ, AZƏRBAYCAN TORPAQLARINI PARÇALAMAQ, HİSSƏLƏRƏ BÖLMƏK NƏ ÜÇÜN “BÖYÜK DÖVLƏTLƏRİN” MARAĞINDADIR!!!

DEMƏLİ, ƏSAS MƏSƏLƏ TƏBİİ SƏRVƏTLƏRƏ NAİL OLMAQ YOX, ƏN QƏDİM, DÜZ OLAN TARİXİ ELMİMİZİ  ADIMIZDAN SİLMƏKDİR ! NƏ QƏDƏR Kİ, BU DÜNYA VAR, AZƏRBAYCAN DA VAR OLACAQ !!! YETƏR Kİ. ALİMLƏRİMİZ ƏSL TARİXİMİZİ BƏRPA ETMƏKDƏ MARAQLI OLSUNLAR!!!

Azinforum.az

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın