Ana səhifə / Cəmiyyət / MTN-nin həbs etdiyi  İŞİD-çilər danışdı (VİDEO)

MTN-nin həbs etdiyi  İŞİD-çilər danışdı (VİDEO)

Ölkə ərazisində sabitliyi pozmağa cəhd edən silahlı dəstə zərərsizləşdirilib. Milli Təhlükəsizlik Nazirliyi “İŞİD” terror təşkilatının fəaliyyətində iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün əməliyyat keçirib. Onlar müxtəlif dövrlərdə silahlı qrup yaradaraq terror hadisələrinin iştirakçısı olublar. Antiterror əməliyyatı nəticəsində “İŞİD”ə qoşulan şəxslər saxlanılıb.

ANS TV-nin məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin antiteror əməliyyatları nəticəsində “İŞİD” terror quruplaşmasının fəaliyyətində iştirak edən Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov şübhəli şəxs qismində həsb ediliblər.

Müəyyən olunub ki, qrup üzvləri 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqda ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terror təşkilatının fəaliyyətində iştirak ediblər.

Təqsirləndirilən şəxs Şirxan Xasaylının sözlərinə görə, o, “İŞİD”in tabeliyində olan Azərbaycan caamatı dəstəsində Suriya ordusu və müxalif qüvvələrə qarşı döyüşüb.

Təqsirləndirilən şəxs Azər Eyyubov isə Türkiyəyə getdiyini, ordan da Suriyaya keçdiyini deyib: “Suriyada olduğum müddətdə gördüm ki, haqsızlıqlar edirlər, bizi aldadıb bizdən istifadə edirlər”.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işləri başlanılıb.

Beş nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib. Onlardan Mikayılov Rövşən Baba oğlu barəsində istintaq tamamlanaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Rövşən Mikayılov 13 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

MTN xəbərdar edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, terrorçuluq bu kimi cinayətlərin törədilməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş cəza müddətləri artırılaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzaları müəyyən edilib

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın