Ana səhifə / Cəmiyyət / MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı

MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı

Mərkəzi Seçki Komissiyası (MSK) bu il Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.

AzVision.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Komissiya sədri bildirib ki, yanvar ayının ilk günlərindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb.

“Hazırda seçici siyahılarını dəqiqləşdirməklə məşğuluq. Dəqiqləşdirmələr fevralın 5-ə qədər başa çatacaq. Sonra məntəqələrdə yığılan məlumatlar dairələrə çatdırılacaq. May ayının sonuna qədər işlərə yekun vurulacaq” – M.Pənahov qeyd edib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …