Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Mobil telefondan şəxsi məlumatlarınız bu yolla götürülür – VİDEO

Mobil telefondan şəxsi məlumatlarınız bu yolla götürülür – VİDEO

Mobil telefon üstümüzdə daim gəzdirdiyimiz cihazlardan biridir.  Bildiriş səsi ilə oyandığımız vaxtlar az olmur.  Baxırsan ki, bu günə qədər heç adını belə eşitmədiyin bir şirkətin keçirdiyi kampaniya haqqında məlumat göndərilib.  Nə silmək fayda verir, nə də nömrəni necə əldə etdiklərini bilirsən. Müxbirimiz nömrələrin necə əldə olunduğunu mütəxəsissdən öyrənib. Məsələnin hüquqi tərəflərindən də danışılıb.

Pul qazanan şirkətlər, narahat edilənlər isə vətəndaşlardır. 

Günün əksər saatlarında mobil telefonumuza müxtəlif məhsullar, ya da xidmətlər barədə mesajlar gəlir. Hətta adını belə eşitmədiyimiz bir şirkətin kampaniyası ilə bağlı bildirişlər də alırıq. Bəzən bu hal gün ərzində 3-4 dəfə təkrarlanır. Hansı ki, həmin kampaniyalara heç vaxt müraciət etməmişik. 

İnformasiya Texnologiyaları üzrə mütəxəssis Emin Qasımov deyir ki, bu cür reklamlar 4 formada həyata keçirilir: sadə, genişlənmiş, spam və yerləşmə şəklində. Sadə forma alış-veriş zamanı sizə təklif edilən kampaniyalar qarşılığında əldə edilən məlumatlarınızdır.Genişlənmiş formada işi sırf marketoloqlar aparır. 

Mütəxəssisin sözlərinə görə, internet vasitəsilə alış-veriş zamanı qeydiyyatdan keçərkən sizin məlumatlarınız spam şəklində götürülür. Bəzən də hər hansı ticarət mərkəzinin yanından ötərkən məkanda olan endirimlər haqqında informasiyalar alırsız. Bu isə yerləşmə ilə bağlıdır. Yəni siz həmin raziyə daxil olarkən operatorlar datanızı ticarət obyektlərinə vermədən telefonunuza mesaj göndərə bilirlər.

Hüquqşunas Samir Qasımov isə deyir ki, məlumatın ötürülməsi yalnız şəxsin razılığı ilə həyata keçirilə bilər. Bu daəksər vaxt mümkünsüz olduğu üçün proses qanunsuz şəkildə icra edilir. 

Samir Qasımov bildirir ki, belə hallara görə qanuvericilikdə 500 manata qədər cərimə nəzərdə tutulub. Əgər bu cür müdaxilə şəxsi həyatın toxunulmazlığının pozulması ilə nəticələnərsə, qarşı tərəf cinayət məsuliyyətinə də cəlb oluna bilər. 

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …