Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Misir Mərdanov: “Soydaşlarımıza gözaydınlığı vermək istəyirəm, gözünüz aydın olsun”

Misir Mərdanov: “Soydaşlarımıza gözaydınlığı vermək istəyirəm, gözünüz aydın olsun”

“Cənab Prezidentin bu gün burada qeyd etdiyi kimi, XX əsrdə Qərbi Azərbaycanda yaşayan soydaşlarımız erməni vəhşilikləri nəticəsində etnik mənsubiyyətlərinə görə dörd dəfə öz dədə-baba yurdlarından didərgin salınmışlar. Sonuncu – 1988-ci il deportasiyasından sonra bu insanların ictimai-mədəni birliyinə nail olmaq məqsədilə Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradıldı. Həmin cəmiyyətin bazasında yenidən təşkil edilmiş Qərbi Azərbaycan İcmasının fəaliyyətə başlaması münasibətilə bütün soydaşlarımıza gözaydınlığı vermək istəyirəm, gözünüz aydın olsun”.

Bunu Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Prezident İlham Əliyev ilə görüşdə deyib.

“Bu arzumuzun reallaşmasına böyük qayğı göstərən, bu gün – dekabrın 24-də burada iştirakı ilə tədbirimizin və icmanın mahiyyətini dəfələrlə yüksəldən cənab Prezidentə sonsuz minnətdarlığımızı bildiririk. Əslində, onilliklər ərzində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuş Qərbi azərbaycanlılar müxtəlif qurumlarda birləşərək daim öz etirazlarını və tələblərini bildirmiş, bu məsələyə beynəlxalq səviyyədə diqqət cəlb etməyə dəfələrlə cəhdlər göstərmişlər. Ötən müddətdə neçə-neçə kütləvi informasiya vasitəsi, qəzetlər, saytlar yaradılmış, dədə-baba yurdumuzun tarixinə, adət-ənənələrinə və digər məsələlərə həsr edilmiş yüzlərlə məqalə, onlarla kitab yazılmışdır. Ancaq nəyi, necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən cənab Prezident 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımız azad edildikdən sonra bu icmanın vahid bir qurumda birləşməsini məsləhət görüb, əslində, icmaya sahib çıxaraq onun fəaliyyətinə şərait yaradıb, məhz indi bu işin vacib olduğunu nümayiş etdirib. Həqiqətən son 500 illik, bəlkə də daha böyük tariximizin ən mühüm hadisələrindən biri olan bu şanlı Qələbə Müzəffər Ali Baş Komandanın qətiyyətini, əzmkarlığını, hərbi-siyasi iradəsini bütün dünyaya bir daha nümayiş etdirdi. Xalqımız bu Qələbəni ümumxalq bayramı kimi dəyərləndirmiş, sıravi əsgərdən Ali Baş Komandana kimi hamı bir-birini ürəkdən təbrik etmişdir. Bugünkü imkandan istifadə edərək xalqımızın inamını özünə qaytaran, Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə münasibətilə icmamız adından cənab Prezidenti ürəkdən təbrik edirəm. Bu Qələbə Azərbaycanı sonsuz məhəbbətlə sevən Ümummilli Lider Heydər Əliyevin azadlıq ideallarının parlaq təzahürü kimi xüsusilə əhəmiyyətlidir. Onun vəsiyyətlərini reallaşdıran, Azərbaycanı dünya siyasətinin bütün labirintlərindən yüksək məharətlə keçirərək bizə Qələbə sevincini yaşadan, ölkəmizi dünyada qalib dövlət, xalqımızı isə məğrur xalq kimi tanıdan Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Təxminən bir il bundan əvvəl Siz sadə əməyimi yüksək qiymətləndirərək məni Vətənin ali mükafatlarından olan 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etmişdiniz. Bugünkü görüşümüzdən istifadə edərək, yüksək diqqətinizə görə Sizə dərin minnətdarlığımı çatdırır və bildirmək istəyirəm ki, bütün xalqımız kimi mən də Sizin rəhbərlik etdiyiniz bu qalib Vətənə xidmət etməkdən böyük məmnunluq hissi keçirirəm və ömrümün sonuna kimi bu dövlətə, xalqa, ölkəyə sədaqətlə qulluq etməyə söz verirəm. Sizə məlumat vermək istərdim ki, bu sahədə apardığınız və müdrik siyasətdən ruhlanaraq bu il “Qərbi Azərbaycan həqiqətləri” adlı tarixi mənbələrə əsaslanan kitabı başa çatdırıb oxuculara təqdim etmişəm. Cənab Prezidentin müdrik rəhbərliyi ilə yaxın gələcəkdə xəyallarda yaşatdığımız reallıqlara qovuşacaq, öz doğma torpaqlarımıza gedib dədə-babalarımızın məzarlarını, oradakı müqəddəs abidələri ziyarət edə biləcəyik. Bu yolda hamımıza uğurlar arzulayıram”, – M.Mərdanov bildirib.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …