Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Misir Mərdanov: “İndidən nəsə demək hələ tezdir“

Misir Mərdanov: “İndidən nəsə demək hələ tezdir“

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı yeni fərmana görə, Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

“Cənab Prezidentin qəbul etdiyi bütün qərarlara münasibətim yalnız müsbət ola bilər”.

Redaktor.az xəbər verir ki, bunu AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov bildirib.

“Cənab Prezidentin qəbul etdiyi bütün qərarlara münasibətim yalnız müsbət ola bilər. Ona görə də, əlavə şərhə ehtiyac duymuram. Əgər ölkə rəhbəri belə bir qərar qəbul edibsə, onu yerinə yetirmək hər birimizin borcudur”, – deyə professor vurğulayıb.

Yeni yaradılan Elm və Təhsil Nazirliyinin Azərbaycan elminin və təhsilinin inkişafına hansı töhfələrin verəcəyi məsələsinə də toxunan professor qeyd etdi ki, bu barədə indidən nəsə demək hələ tezdir:

“Qarşıdakı günlərdə görək birləşmə necə olacaq? Ondan sonra bu məsələyə geniş münasibət bildirərik”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …