Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Misir dövləti düz eləyib” – Şeyx Əbdül

“Misir dövləti düz eləyib” – Şeyx Əbdül

Misirdə qəribə qərar verilib. Bundan sonra misirli qadınlar ərlərinin telefonunu izləyə və yaxud qarışdıra bilməyəcəklər. Bu qaydaları pozan qadınlar hüquqi məsuliyyət daşıyacaqlar.

Bizim.media xəbər verir ki, Xalq artisti Əbdül Mahmudov Misir dövlətinin bu qərarını alqışladığını bildirib:

“Mobil telefonlar ailələrin dağılmasının, gənclərin yüngül həyat yolu seçməsinin bir nömrəli səbəbkarıdır. Bizim təfəkkürümüz müasir texnoloji inkişafla ayaqlaşmır. Bizim təfəkkürümüz çox geri qalıb. Acınacaqlı vəziyyətdəyik.

Ana 2 uşağını və ailəsini atıb telefonla tanış olduğu bir adamın yanına qaçırsa, gənc qız firavan həyat eşqi ilə tanımadığı bir oğlanla yola çıxırsa, oğul xəstə ata-anasını atıb yaxından tanımadığı qızın yanına gedirsə, bunun yeganə səbəbi mobil telefondur. Ona görə də Misir dövləti düz eləyib”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …