Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Minlərlə insan həbsdən azad olacaq – Əfvə kimlər düşəcək? – Açıqlama

Minlərlə insan həbsdən azad olacaq – Əfvə kimlər düşəcək? – Açıqlama

Xəbər verdiyimiz kimi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq.“Artıq Əfv Komissiyasının üç iclası keçirilib. İclaslarda 360-dan çox sənədə baxılıb. İclasların may ayına kimi keçirilməsi nəzərdə tutulub. May ayında, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanacaq. Bu amnistiya aktı ilə minlərlə məhbusun həbsdən azad ediləcəyi, eyni zamanda xeyli məhbusun cəzasının azaldılacağı gözlənilir”.

Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

O bildirib ki, Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə elan olunacaq amnistiyanın Azərbaycanda ən böyük amnistiya aktı olacaq:
“Xüsusilə böyük günlər üçün əfv sərəncamlarının imzalanmasının şahidi olmuşuq. Məsələn, 2018-ci ildə Cümhuriyyətin 100 illiyi ilə bağlı, həmçinin Zəfər günü ilə bağlı böyük bir əfv sərəncamı oldu. Yəni, belə mühüm tarixlərdə əfv sərəncamının imzalanması istisna olunmur. Eyni zamanda, Azərbaycanda ümumilikdə 68 əfv sərəncamı olub ki, onun 33-ü məhz Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb. 1995-ci ildə Konstitusiyaya əfv hüququnun salınması da məhz onun təşəbbüsü ilə olub. Humanizm və mərhəmət ümummilli liderin fəaliyyətinin əsas prinsiplərindən olub. Azərbaycan xalqı, dövlətçiliyi üçün nəhəng miqyaslı işlər görmüş bir şəxsin 100-cü ildönümü təbii ki, böyük hadisələrlə zəngin olacaq”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …