Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Minatəmizləmə əməliyyatlarına 4 yerli özəl şirkət cəlb olunub

Minatəmizləmə əməliyyatlarına 4 yerli özəl şirkət cəlb olunub

Təbii olaraq genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin vacibliyini nəzərə alaraq Minatəmizləmə Agentliyi lazımi maddi-texniki resurslarla təmin olunub.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

Baş nazir bildirib ki, həmin ərazilərdə minatəmizləmə əməliyyatlarına ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və 4 yerli özəl şirkət də cəlb olunub.

“Görülən tədbirlər nəticəsində ümumilikdə 65 min hektar, o cümlədən 2022-ci ildə 44 min hektar ərazi təmizlənmişdir”, – deyə o əlavə edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …