Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Milyonçu Qod Nisanov qaziyə ev bağışladı – Video

Milyonçu Qod Nisanov qaziyə ev bağışladı – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Baku TV 44 günlük Vətən müharibəsində iştirak edərək yaralanan və ayaqlarından ciddi xəsarət alan qazı Rüstəm Qurbanov haqqında reportaj hazırlayıb. 

Rüstəm anası və bacısı ilə birgə kirayədə yaşayırdı. Atası isə onları uzun illər öncə tərk edib. 

Qazi Baku TV-nin vasitəsi ilə istəyini dilə gətirərək ev istədi. 

Onun arzusunu isə xeyriyyəçi iş adamı Qod Nisanov reallaşdırdı. 

Belə ki, Qod Nisanov Yeni Yasamalda yerləşən binaların birindən qazimizə tam təmirli ev hədiyyə edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …