Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Milli Qəhrəman ilə 2 nazirlik arasında mənzil qalmaqalı – İş məhkəmədədir

Milli Qəhrəman ilə 2 nazirlik arasında mənzil qalmaqalı – İş məhkəmədədir

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Fəxrəddin Cəbrayılov məhkəmə qarşısına çıxacaq.

AzNews.az-ın məlumatına görə, mənzilin adına rəsmiləşdirilməsinə görə Maliyyə Nazirliyini Bakı İnzibati İqtisad Məhkəməsinə verib. Məhkəmədə 3-cü şəxs qismində isə Müdafiə Nazirliyinin nümayəndəsi iştirak edib.

Qeyd edək ki, Bakı İnzibati İqtisad Məhkəməsi Milli Qəhrəmanın iddiasını təmin edib. Bundan sonra 1-ci instansiya məhkəməsinin çıxardığı qərardan narazı qalan Maliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.

Yanvar ayının 22-də hakim Elmira Nağıyevanın iştirakı ilə Fəxrəddin Cəbrayılovun məhkəmə prosesi keçiriləcək.

Qeyd edək ki, polkovnik Cəbrayılov Fəxrəddin Mövsüm oğlu Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …