Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Milli – mənəvi dəyərlər konsepsiyası yenidən işlənməlidir – POLİTOLOQ

Milli – mənəvi dəyərlər konsepsiyası yenidən işlənməlidir – POLİTOLOQ

“Düşünürəm ki, milli-mənəvi dəyərlər konsepsiyası yenidən işlənməlidir. Nəzərə alsaq ki, son 200 ildən uzun müddəti imperiya daxilində müstəqil olmadan yaşamışıq, aydın olur ki, əldə tutulacaq milli-mənəvi dəyərlərin olduğunu iddia etmək çətindir”.

Bu fikirləri politoloq Fərhad Mehdiyev deyib.

O hesab edir ki, bir çox insan öz komponentlərinin nə olmasndan xəbərsizdir:

“Məsələn, dini dəyərlər burda olacaqmı? Hansı folklor nümunələrini bura aid edəcəyik? Məncə, baxmalıyıq ki, millətin inkişafına və zənginliyinə nələr səbəb olacaqsa, onları yeni konsepsiyaya daxil etmək lazımdır. Birinci, məsələn, tarixə hörmət etmək. Bunu bir milli dəyər kimi aşılamaq lazımdır, özəlliklə Bakı meri Hacıbalaya. Ya da 4 seasons hotelini tikəndə bünövrədə tarixi keçidlər tapıb ora beton tökənlərə.

İkinci, şəffaflıq və ədalət. Belə bir milli-mənəvi dəyərə təcili ehtiyacımız var. Bunun yerinə bizdə hazırda başqa dəyərlər var. Bacarana can qurban, özünə gün ağlamayan başqasına nə gün ağlayacaq kimi.

Üçüncü, hüququn üstünlüyü bir milli-mənəvi dəyər kimi qəbul olunmalıdır. Almanlar kimi inkişaf etmək istəyirsinzsə, belə bir dəyəri qəbul etməliyik.

Dördüncü, palaza bürün ellə sürün, mənə toxunmayan ilan 1000 il yaşasın növündə milli-mənəvi dəyərlər tərk olunmalıdır və insanın xoşbəxtliyi cəmiyyətin xoşbəxtliyindən keçir kimi dəyər qəbul olunmalıdır”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …