Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Millət vəkili Yevda Abramov dünyasını dəyişdi

Millət vəkili Yevda Abramov dünyasını dəyişdi

Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.

Bu barədə virtualaz.org-a mərhumun yaxınları məlumat veriblər.

Qeyd edək ki, bir müddət əvvəl millət vəkili Mərkəzi Klinik Xəstəxanada müalicə almışdı.

Mərhum deputatla vida mərasimi dekabrın 8-də saat 12-dən 13-dək Quba Mədəniyyət Evində olacaq.

Xatırladaq ki, Yevda Abramov 53-cü Quba-Qusar seçki dairəsindən deputat seçilmişdi. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədr müavini, Azərbaycan-Argentina, Azərbaycan-Kuba və Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü və Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri idi.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …