Ana səhifə / Cəmiyyət / Metronun girişində  göyərti bazarı açıldı – Nizami polisi hara baxır?

Metronun girişində  göyərti bazarı açıldı – Nizami polisi hara baxır?

Paytaxtın “Neftçilər” metrostansiyasının çıxışında bir nəfər qutular düzərək, göyərti satır.

Axar.az xəbər verir ki, metro girişlərində və ümumiyyətlə, Bakı küçələrində kənd təsərrüfatı məhsullarının ticarətinin çoxdan ləğv olunduğu üçün bu addım sakinlərin diqqətini çəkib.

Ticarətçi metronun qabağında özünəməxsus şəkildə piştaxta qurub, göy-göyərti, tərəvəz məhsulları satmaqdadır.

Yolun tən ortasında bazar açan alverçi yanında elektron tərəzi də qoyub. Piştaxtanın özəlliyi isə ayrı-ayrı yeşiklərdən ibarət vitrin düzəldilməsidir.

Qeyd edək ki, hazırda “göy bazarı” fəaliyyətdədir və yəqin ki, uzun müddətdir Bakıda olmayan bu satıcıya qaydaları izah edən, onu kənd təsərrüfatı bazarına yönəldən yoxdur.

Azinforum.az bildirir ki, şəhərin bu cür yerində kimlərinsə himayədarlığı olmadan  özbaşına bazar açmaq mümkün deyil.  İlk növbədə bu hala əraziyə təkim olunan polis post patrul xidməti mane olmalıdır.  Hər halda, Nizamir Rayon Polis İdarəsinin qanunsuz küçə ticarəti ilə bağlı ölçü götürməsinə böyük ehtiyac var. Rayon ərazisində küçə ticarəti ilə bağlı hökm sürən ən bərbad vəziyyət isə “8 km bazarı”, “Lotos” və “Diqlas” ticarət mərkəzlərinin ətrafındadır. Küçə ticarətinə geniş  şəraitin yaradıldığı həmin ərazidə əsl antisanitariya hökm sürür. Hətta vəziyyət o həddə çatıb ki, ətrafda yaşayan sakinlər öz evlərinə gedib-gəlməkdə çətinlik çəkirlər.

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın