Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Metak” şirkəti cərimələndi

“Metak” şirkəti cərimələndi

Bakı Apelyasiya Məhkəməsində “MET-AK” MMC-nin cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb.
Bakupost xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda “MET-AK” MMCnin cərimə edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 iyul 2019-cu il tarixli qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilərək cərimələyib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
1997-ci ildə fəaliyyətə başlayan və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan “ME-TAK” şirkəti 2000-ci ildən istehsalat sexlərində müxtəlif məhsullar istehsal edir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …