Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “MEDİLUX” KLİNİKASINDAKI  ÖLÜM HADİSƏSİNİN PƏRDƏARXASI

“MEDİLUX” KLİNİKASINDAKI  ÖLÜM HADİSƏSİNİN PƏRDƏARXASI

Prokurorluq mərhumun yaxınlarını daha 7-10 gün təmkinli olmağa çağırır

Ramiz Zeynalov: “Tromb faktoruna görə belə, həkimin üzərinə məsuliyyət düşür və o, yaranan suallara cavab verməlidir”

Bundan əvvəl də xəbər verdiyimiz kimi, yanvarın 10-da Bakının “Medilux” klinikasında əməliyyat olunan 1967-ci il təvəllüdlü, Tovuz rayonu sakini, Təranə Vaqif qızı Müseyibova elə klinikada dünyasını dəyişib. Qafqaznews.az bildirir ki, vəfat edən qadının qohumları Qafqaz Xəbər Agentliyinə müraciət edərək, məsələni araşdırmağı və problemi işıqlandırmağı xahiş ediblər. Həmçinin, bu günlərdə redaksiyamıza yenidən müraciət edən mərhumun yaxınları istintaq prosesinin ləng getməsindən, ekspertiza nəticələrinin açıqlanmasının yubadılmasından narahatlıq qeyd ediblər. Biz məsələ ilə bağlı araşdırma aparmağa, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyindən də eskpertiza nəticələrini öyrənməyə çalışdıq. Lakin bizə bildirdilər ki, “ekspertizanın nəticələri müstəntiqə veriləcək”.скачанные файлы (2)

Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Ceyhun müəllim isə bizə “Baş Pkorurorluqla əlaqə saxlamağı” tövsiyə etdi. Hələlik, bu məsələ ilə bağlı heç bir nəticə yoxdur. Mərhum Təranə Müseyibovanın qohumları da işin yubadıldığını, ölüm hadisəsində günahı olanların məsuliyyətə cəlb olunmadığını vurğulayıblar. Şikayətçi qohumlar əmindirlər ki, T.Müseyibova məhz həkimin uğursuz əməliyyatı və səhlənkarlığı nəticəsində həlak olub. Onlar cərrah Dilqəm Məhərrəmovun məsuliyyətə cəlb edilməsini, ölüm hadisəsinin araşdırılmasını tələb edirlər. Ötən yazılarımızın birində də qeyd etmişdik ki, vəfat edən qadının ailəsi və övladları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də müraciət ediblər.Bezy-myanny-j-copy-7

Ötən gün isə T.Müseyibovanın qardaşı Asif Vaqif oğlu Ağayev bacısının ölümündəki “qaranlıq” məqamların qanuni çərçivədə araşdırılması və ədalətin yerini tapması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb. O, buməktubun surətinin Respublikanın baş prokuroru Zakir Qaralova, səhiyyə naziri Oqtay Şirəliyevə, eləcə də Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” ETT Birliyinin sədri Şakir Musayevə göndərdiyini qeyd edib. A.Ağayevin dövlət başçısına müraciətində bildirir ki, “Medilux”un cərrahı Dilqəm Məhərrəmov sağlam insanı öz ayaqları ilə “Medilux”a gətirdərək, ordan cənazəsini təhvil verib: “Yanvar ayının 9-da deyə-gülə, zarafatlaşaraq klinikaya yola saldığımız bacım Təranə Müseyibovanın səhhəti əməliyyatın səhəri günündə pisləşdi, bir saat sonra xəbər verdilər ki, “xəstəniz dünyasını dəyişib”.

Şikayətçinin sözlərinə görə, klinikadan bildiriblər ki, guya, onun trombu olub: “Əgər belə idisəeldar_sultanov_160315, nə üçün əməliyyata alınırdı? Beləliklə, cərrah Dilqəm Məhərrəmov məsuliyyəti öz üzərindən atmağa çalışır. Hətta bəzi yerlərdə bildirir ki, “mən yuxarı yerlərlə danışmışam, ekspertiza mənim əleyhimə rəy çıxarmayacaq”. Hazırda Nərimanov Ray12507045_1669322326660971_1423439786_non Prokurorluğunda olan işin araşdırılması da, ekspertiza nəticələri də gecikir”. Biz Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova zəng edərək, istintaq prosesinin yubadılmasının səbəblərini, daha dəqiq desək, ölüm hadisəsinin səbəblərini öyrənməyə çalışdıq.

E.Sultanov bildirdi ki, hazırda araşdırma gedir və araşdırmanın gedişatı məhkəmə-tibbi ekspertizasının rəyindən asılıdır. Lakin “ölüm hadisəsindən 16 gün keçir, ekspertiza da edilib, onlar da, müstəntiq də bizə bir şey bildirməyiblər. Nə üçün belə gecikir?” – sualına cavabında Baş Prokurorluq rəsmisi bildirib ki, araşdırma yekunlaşandan sonra mərhumun yaxınlarına məlumat veriləcək. “Mərhumun yaxınlarına da araşdırma prosesi və ekspertiza nəticələri ilə bağlı bir cavab verilmir. Onlar da bununla bağlı bizə müraciət ediblər”, – deyə əməkdaşımız qeyd edib. “Nəticələr məlum olan kimi, bu barədə mərhumun ailəsinə məlumat veriləcək.

Həmçinin biz də öz növbəmizdə ictimaiyyətə açıqlama verəcəyik”, – deyə Eldar Sultanov vurğulayıb. Müxbirimizin “Təxminən nə vaxt sizi bir də narahat edə bilərik?” sualına Baş Prokurorluğun sözçüsü belə cavab verib: “7-10 gün sonra bir də əlaqə saxlayarıq”. Məsələ ilə bağlı hüquqşünas Ramiz Zeynalovun da fikrini öyrəndik. Hüquqşünas bildirib ki, əgər xəstədə tromb var idisə, bu, əvvəlcədən müəyyən olunmalı və əməliyyat zamanı fəsad olmaması üçün gərəkli prosedurlardan keçilməli, xüsusi preparatlardan istifadə olunmalı idi.

images“Hər bir həkim əməliyyatdan əvvəl xəstəlik tarixçəsinə baxır, trombun olub-olmamasını müəyyənləşdirir”, – deyə vəkil qeyd edib. R.Zeynalov bildirib ki, burda konkret müddət olmur, lakin vəfat edən insanın qohumları həmin klinikanın yerləşdiyi rayonun prokurorluğuna müraciət etməlidir. “Əgər ediblərsə, o zaman prokurorluq müstəntiqi göndərir meyiti müayinə etməyə. Daha sonra da, həkimdən, tibb bacılarından izahat alınır, onların iddiaları dinlənilir. Həmçinin ekspertiza rəyindən sonra, cinayət işi qaldırılır. Əgər məsələdə həkimin ucbatından ölüm faktı varsa, cinayət işi qaldırılır. Tromb faktoruna görə belə, həkimin üzərinə məsuliyyət düşür və o, yaranan suallara cavab verməlidir”, – deyə hüquqşünas əlavə edib. Mövzunu diqqətdə salxayacağıq. Qafqaz Xəbər Agentliyi”Medilux”da baş verən bu ölüm hadisəsinin ədalətli və düzgün araşdırılması naminə, əlindən gələni əsirgəməyəcək. Bizi izləyin./qafqaznews.az

 

Həmçinin oxuyun

Hüseynbala Mirələmov: “Hadi Rəcəbli 70 illik dostum idi”

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin sabiq deputatı Hadi Rəcəbli 76 yaşında dünyasını dəyişib. …

Bir cavab yazın