Ana səhifə / Cəmiyyət /  MEDİA KAPİTANLARI NAXÇIVANI BELƏ TƏRİFLƏDİ – VİDEO

 MEDİA KAPİTANLARI NAXÇIVANI BELƏ TƏRİFLƏDİ – VİDEO

Məlum olduğu kimi, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində “Mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Hacıyev, muxtar respublikadakı dövlət qurumlarının mətbuat xidmətlərinin əməkdaşları, Naxçıvan Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri, yerli televiziya, radio və nəşrlərin, habelə Bakıda fəaliyyət göstərən 20-dək aparıcı kütləvi informasiya vasitələrinin baş redaktorları iştirak ediblər.

Azinforum.az Naxçıvan Dövlət Televiziyasına istinadən tanınmış media nümayəndələrinin Muxtar Respublika haqda bölüşdükləri təəsüratları təqdim edir.

 

https://www.youtube.com/watch?v=gR_NQhvK9rg

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın