Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Maskasız bayram namazları – Nələrə diqqət etməli?

Maskasız bayram namazları – Nələrə diqqət etməli?

“11 ayın sultanı”, müqəddəs Ramazan ayını yola salmaq üzrəyik. Azərbaycanda iki illik fasilədən sonra məscidlərimizdə ənənəvi qaydada bayram namazı qılınacaq. Nəzərə alınsa ki, may ayının 1-dən maska tələbi də aradan götürülür. Bu dəfə möminlər məscidlərə maskasız daxil olacaqlar. Amma yenə sual ortaya çıxır: belə kütləvilik yoluxuculuğu artıra bilərmi? Məscidə, bayram namazına kimlərin getməsi məsləhət görülmür? Builki bayram namazı ilə bağlı ibadət əhlinə hansı özəl tələblər olacaq?

İnfeksionist-hepatoloq Mərdan Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Kütləvi toplaşma yoluxuculuğu artırmaz. Bəlkə, kimdəsə fərdi şəkildə yoluxma ola bilər. Amma bu, rəqəmlərdə əks olunmayacaq. İndi ölkədə yoluxma sayı aşağı olduğu üçün namaz qılanlar arasında da xəstə olma ehtimalı azdır. Digər tərəfdən, artıq toplum immunitet formalaşıb. Bu da o deməkdir ki, cəmiyyətin hər bir üzvündə immunitet var. Əgər namaz qılanlar arasında xəstə olsa belə, digərləri ya peyvənd olunublar, ya da təbii şəkildə immunitet qazanıblar deyə onların yoluxma ehtimalı azdır. Düşünmürəm ki, rəqəmlərdə artım göstərəcək qədər yoluxma olsun. Hazırda bizdə epidemioloji vəziyyət sabitdir. Ona görə də belə kütləvi tədbir problem yaratmamalıdır”. 

Mərdan Əliyev həm peşəkar, qayğıkeş və səmimi insan » Qanun və Hədəf

Mərdan Əliyev

Qeyd edək ki, bu il bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.

Sona çatmaqda olan bu ayın mühüm əməllərindən biri də fitrə zəkatının verilməsidir. Bu il Ramazan bayramı ilə bağlı fitrə zəkatı adambaşına 10-15 manat müəyyən edilib. Bəs fitrə nə vaxt çıxarılmalı və kimlərə verilməlidir?Hacı Surxay

Hacı Surxay Məmmədli - YouTube

Hacı Surxay Məmmədli 

İçərişəhər Cümə məscidinin dini icma rəhbəri Hacı Surxay Məmmədli mövzu ilə bağlı bildirdi: “Artıq Azərbaycanda məhdudiyyətlər götürülür. Məscidlərdə, ibadət ocaqlarında məhdudiyyətlər götürülüb. İki il pandemiya şəraitində yaşadıq. Hər bir inanclı insan qanunlara tabe oldu. Heç bir narazılıq yaranmadı. Bu gün bütün məscidlərdə dini ayinlər şəffaf şəkildə həyata keçirilir. Əvvəllər 50 nəfərdən artıq şəxsin daxil olmasına icazə verilmirdi. Bu məhdudiyyət də götürülüb. Fikrimcə, bayram namazında da hər hansı narahatlıq yaranmayacaq. Baxmayaraq ki, karantin qaydaları yumşaldılıb, yenə məscidlərdə qaydalara əməl olunur. Allah ”Qurani-Kərim”də buyurur: “Paklıq imandandır”. Hər zaman dindarlar bu paklığa riayət edirlər. Hər bir gigiyenik qaydalara diqqət edilir. Məscidlərdə iki gündən bir gigiyenik təmizlənmə işləri aparılır. Məscidə daxil olan insanlar əllərini  dezinfeksiyaedici məhlullarla təmizləyirlər”.

Hacı Surxay onu da deyib ki, QMİ-nin verdiyi tövsiyə əsasında bu il fitrə 10-15 manat civarında olmalıdır: “Mübarək Ramazan ayı artıq sona çatmaq üzrədir. Deyilənə görə, bu ayda edilən dualar və ibadətlər digər aylardan daha xeyirlidir. Ramazanın gözəlliklərindən biri də fitrə zəkatının verilməsidir. Oruc tutan və ya tutmayan bütün müsəlmanlar hər il bayram namazına bir gün qala fitrə ayırır. İslam dininə görə, fitrə məhz canın zəkatıdır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün bu zəkat çıxarılmalı, imkansızlara, ehtiyacı olan ailələrə verilməlidir.  Ola bilər, bazarlarda xurmanın qiyməti 25 manatdır. Zəngin insanlar çox verə bilər. Ola bilər ki, insanın illik gəliri çoxdursa, o kifayət qədər o imkanlardan istifadə edə bilər. O ki qaldı bayram namazının qılınmasına, düzdür, Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Astrofizika Rəsədxanası bayram günü ilə bağlı açıqlama verib. Amma ayın görünməsi də şərtdir”.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …