Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Marşrut sürücüləri arasında koronavirusa yoluxan var? – Açıqlama

Marşrut sürücüləri arasında koronavirusa yoluxan var? – Açıqlama

“Bakı şəhərində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobus sürücüləri arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb”.

Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

“Bizim TƏBİB-lə birgə həyata keçirdiyimiz tədbirlərlə 800-dən çox sürücü yoxlanılıb. Hələlik sürücülərimiz arasında koronavirusa yoluxan yoxdur”,  – o bildirib.  /Report

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …