Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Manaf Ağayevin “avtoş” oğlu bakıda “at oynadır” – FOTOLAR

Manaf Ağayevin “avtoş” oğlu bakıda “at oynadır” – FOTOLAR

Zaman-zaman yerli mediada məmur övladlarının avtoxuliqanlıq etdiyi barədə məlumatlarla rastlaşırıq.
Onlardan ən qalmaqallı yaddaqalanı Xarici İşlər Nazirliyinin Turizm şöbəsinin rəisi Nurpaşa Abdullayevin oğlu, Azərbaycan Dillər Universitetinin tələbəsi Nicat Abdullayevdir. Məmur oğlu “avtoş”luq etdiyinə görə bir neçə dəfə cəzalandırılıb. Hətta bəzi məlumatlara görə, Nicatın sürət sevdası ona həyatı bahasına başa gəlib.
Bununla yanaşı, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev törətdiyi dəhşətli avtoqəzadan sonra bir müddət gündəmdən düşmədi. Bu hadisə ölümlə nəticələndi və ona bu əməlinə görə həbs cəzası verildi.
Eyni zamanda bəzi şou-biznes nümayəndələri də yol-hərəkət qaydalarına riayət etmir. Onların bəziləri sürət həddini aşdığına görə, MMX radarlarına düşüb. Hatta qayda pozuntusuna görə, onların cərimələri ödəməkdən boyun qaçırdığı da bildirilir.
Minval.info xəbər verir ki, şou-biznesin məşhur siması Manaf Ağayevin oğlu Müşviq də sürət həvəskarıdır. Məlumata görə, sənətçinin övladının qayda pozmaqla və “avtoş”luq etməklə arası “yaxşıdır”. Onun yol polisi əməkdaşları tərəfindən tez-tez saxlanıldığı deyilir. Belə ki, əksər vaxtlarda yol hərəkət qaydalarına riayət etməyən Müşviq üçün inspektorun “saxla” əmrini eşitmək adi hal alıb.

Müşviq Ağayev avtomobilə olan sevgisini gizlətmir və maşınlarla şəkil çəkdirmək bir növ onun hobbisinə çevrilib. Bahalı, o cümlədən retro avtomobillərin yanında durub bu anı ölümsüzləşdirir.
Bununla yanaşı, Müşviq “Niva”nın üstünə oturaraq şəkil çəkdirməklə də maşına olan sevgisini də bildirir. Onun “Forsaj” filminə olan marağı qeyd etdiyimiz faktları təsdiqləyir.

Sənətçinin oğlu peşəkar fotoaparat vasitəsilə yalnız avtomobilinin fotosessiyasını etməklə də nə qədər avtomobilə bağlı olduğunu göstərib.
Hər bir valideyn övladın arzusunu gerçəkləşdirməyi özünə borc bilir. Lakin Manaf Ağayev unutmasın ki, bu minvalla oğlu canından ola bilər. İndiyə qədər ən bədbəxt və faciəvi hadisələr yüksək sürətdən, eyni zamanda qaydaları pozmaqdan qaynaqlanıb.
Minval.info

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …