Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Manaf Ağayev polisə çağırılıb, müğənni üzr istəyib

Manaf Ağayev polisə çağırılıb, müğənni üzr istəyib

Müğənni Manaf Ağayev ATV-də veriliş zamanı işlətdiyi müəyyən ifadələrlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) dəvət olunub.

“Report”un əldə etdiyi məlumata görə, onunla profilaktik söhbət aparılıb, daha sonra sərbəst buraxılıb. M.Ağayev hərəkətindən peşman olduğunu bildirərək üzrxahlıq edib.

Məlumatı BŞBPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a təsdiqləyib.

Xatırladaq ki, M.Ağayev ATV-də veriliş zamanı qadınlara qarşı zorakılığa çağırış edən fikirlər səsləndirib.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …