Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Maliyyə Nazirliyindən QHT-lərə xəbərdarlıq

Maliyyə Nazirliyindən QHT-lərə xəbərdarlıq

İllik maliyyə hesabatlarını təqdim etməyən qeyri-hökumət təşkilatları (QHT) cərimələnə bilər.

APA-Economics xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, qanuna əsasən QHT-lər illik maliyyə hesabatını hər il aprel ayının 1-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqramı hazırlanıb. QHT-lər www.qht-hesabat.maliyye.gov.az saytı vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınız təqdim edə bilərlər.

Vurğulanıb ki, maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulmub. Başqa sözlə, vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilə bilər.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …