Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət /  “Makromat”dan çörək alan müştərilər necə aldadılır? – FOTO

 “Makromat”dan çörək alan müştərilər necə aldadılır? – FOTO

Dünən  “Makromart” marketlər şəbəkəsinin  Ziya Bünyadov prospektində (Ayna Sultanova heykəlinə yaxın-red) olan filialından çorək alan müştəri istehlakçı hüquqlarının pozulduğunu qeyd edir:

“Deyilən marketin daxilində çörək və şirniyyat bişirilən sex fəaliyyət göstərir. Onlar bişirdikləri məhsulların  satışını da məhz “Makromart”ın sözügedən  filialında həyata keçirirlər. Həmin sexdə bişən mayasız, qara “Borodin” çorəyi aldım.  Dedilər ki, qiyməti bir manatdır. Çəkisi ilə maraqlandım, satıçı dedi ki, çörəyin üstünə yapışdırılan kağızda var. Baxdım ki, çəki  qrafası olan 1 rəqəmi yazılıb. Məntiqlə belə anladım ki, çörəyin çəkisi 1 kilodur. Ancaq çəkdirəndə məlum oldu ki, 370 qramdır.  Bu hala etiraz edəndə mənə dedilər ki, bir rəqəmi ədədi əks etdirir. Mən başa düşə bilmirəm, niyə ədədi əks etdirən rəqəm çəki qrafasında yazılır? Bir də ki, ədədi onsuz da müştəri görürsə, niyə çörəyi satanlar çəkini ora qeyd etmək istəmir? Mən bu faktı istelakçıların aldadılması kimi qəbul edirəm və sizin sayt vasitəsilə əlaqədar qurumlardan xahiş edirəm ki, bu qanunsuzluğa və özbaşınalığa əncam çəksinlər”.

Səslənən ittihamla bağlı “Markromart”-ın da mövqeyini dinləməyə hazırıq.

 


 

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın