Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “MAKROMART”DAN BONUS REPORTAJI – AZİNFORUM.AZ-IN ƏMƏKDAŞLARI BONUSU OLAN ALICI ROLUNDA (FOTO)

“MAKROMART”DAN BONUS REPORTAJI – AZİNFORUM.AZ-IN ƏMƏKDAŞLARI BONUSU OLAN ALICI ROLUNDA (FOTO)

Bəzi elektron Kütləvi İnformasiya Vasitələrində  “Makromart” marketlər şəbəkəsinin bonus fırıldağına əl atdığı və müştərilərə topladıqları xala görə nəzərdə tutulan hədiyyələri vermədiyi barədə məlumatlar yer alıb.  Tam obyektiv bir araşdırma aparmaq məqsədilə müştərilərdən birinin bonus kartını alıb,  “Makromart”ın Ziya Bünyadov prospektində (Ayna Sultanova heykəlinə yaxın-red) olan filialına   yollandıq.

Topladığımız bonusla bağlı hədiyyə almaq istədiyimizi bildirdik. Bizə qeydiyyatçı xanımın əyləşdiyi yerə yaxınlaşmağı məsləhət gördülər. Yaxınlaşıb istəyimizi bildirdik. Qeydiyyatçı bizdən bonus kartını və şəxsiyyət vəsiqəsini tələb etdi. Bu araşdırmada bizə kömək edən və bonusun həqiqi sahibi olan xanım istənilənləri qeydiyyatçıya verdi. Bizə bildirlər ki, 135 xalımız var və sonra hansı xala nə hədiyyəsinin düşdüyü bir siyahı təqdim etdilər.

 

makro5

 

Seçimimizi 120 bal tələb olunan elektrik tosterinin üzərində saxladıq. Bir neçə dəqiqədən sonra, həmin hədiyyəni bizə təqdim etdilər və bildirdilər ki, kartımızda 15 balımız da qaldı. Prosesin sonunda bunun həm də bir jurnalist reportajı olduğunu marketin rəhbərliyinə çatdırdıq. Filialın müdiri bildirdi ki, onlarda bonus hədiyyələrinin verilməsi ilə bağlı heç bir problem yoxdur:

 

makro6

“Bəzən elə olur ki, müştərinin istədiyi hədiyyə qurtarır. Bu səbəbdən də, həmin müştəriyə maksimum bir gün gözləməyi məsləhət görürük. Hədiyyə gələn kimi zəng vurub çağırırıq ki, gəlib götürsün. Bütün sahədəki kimi, bu məslədə də fəaliyyətimiz şəffaflıq üzərində qurulub”.

AZİNFORUM.AZ

makro2

 

makro4

makro3

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın