Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “MAKROMART”DA “İSLAHAT” – FİRDOVSİNİ ƏVƏZ EDƏN SARA XANIM 79-u NECƏ 98 edir?

“MAKROMART”DA “İSLAHAT” – FİRDOVSİNİ ƏVƏZ EDƏN SARA XANIM 79-u NECƏ 98 edir?

“Makromart” adlı marketlər şəbəkəsinin Ziya Bünyadov prospektində (Ayna Sultanova heykəlinə yaxın-red) olan filialında ciddi kadr islahatı aparılıb. Azinforum.az-ın əldə etdiyi məlumata görə,  üç gün əvvəl, uzun müddət filiala rəhbərlik edən Firdovsi adlı şəxs və onunla birgə çalışan bir neçə yaxın adamı gözlənilmədən marketə buraxılmayıb. Marketin idarəçiliyi rəhbərlik tərəfindən göndərilən Sara adlı cavan bir xanıma həvalə olunub. Azinforum.az-ın əməkdaşları marketdə olan zaman yeni rəhbərlik tərəfindən heç bir dəyişikliyin tətbiq olunmadığının şahidi olub.

 “Novatorluq” yalnız piştəxtada göstərilən qiymətlərlə kassada vurulan qiymətlər arasında olan uyğunsuzluqda   özünü  göstərib. Əməkdaşlarımız marketdə olan zaman xanım bir müştərinin uşağı üçün aldığı “Kinder” şokoladının qiymətinin 79 qəpik göstərildiyi halda, kassada ondan 98 qəpik tələb olunduğundan şikayət etdiyinin şahidi olublar. Müştərilərin dediyinə görə,  “Makromart”ın ən böyük filialı olan sözügedən marketdə   indiyə kimi belə hallar müşahidə olunmayıb. Görünür, Sara xanım  qiymət “siysətini”  yaxşı bacardığı üçün, komandası ilə “Ayna Sultanova” filialına ezam edilib.

Qeyd edək ki, filialdan uzaqlaşdırılan Firdovsi adlı şəxsin “Makromart” şəbəkəsinin rəhbərilə eyni kənddən olduğu söylənilir. Bu səbəbdən də, belə etibarlı şəxsin ən gəlirli nöqtədən kənarlaşdırılması ilə bağlı səbəb çox maraqlı görünür. Mövzuya qayıdacayıq…

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın