Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Mahnı Teatrı Rəşidə Behbudovanın ittihamlarına cavab verdi

Mahnı Teatrı Rəşidə Behbudovanın ittihamlarına cavab verdi

Azərbaycanın əməkdar artisti, əfsanəvi ifaçı Rəşid Behbudovun qızı Rəşidə Behbudova “Beşinci element” verlişinin qonağı olarkən deyib ki, ona Bakı Musiqi Akademiyasında (BMA) işləməyə imkan vermirlər.

Müğənni bunun səbəbinə aydınlıq gətirərkən, BMA-da işləmək üçün əvvəlcə xalq artistləri Fidan və Xuraman Qasımova bacılarının razılığını almalı olduğunu bildirib. O, həmçinin qeyd edib ki, onu 1968-ci ildə atası tərəfindən qurulmuş Rəşid Behbudov adına Dövlət Mahnı Teatrından da xəbərdarlıq etmədən və səbəb göstərmədən qovublar.

Sputnik Azərbaycan-ın əməkdaşı məşhur opera müğənnisi, xalq artisti Xuraman Qasımova ilə əlaqə yaradaraq Rəşidə Behbudovanın niyə BMA-da işləyə bilməməsinə və bunun üçün niyə onların razılığının lazım olduğuna aydınlıq gətirməyə çalışıb.

Xalq artisti qeyd edib ki, müğənninin fikirləri əsassızdır. Qasımovanın sözlərinə görə, o, bacısı ilə birlikdə eyni kafedrada işləyir və onların hər ikisi BMA-nın rəhbərliyinə tabedir.

“Bizdə tələbələr, yerlər çox məhduddur və daim dərs saatları çatışmır. Biz öz müəllimlərimizə dərs yükü verə, eləcə də yeni pedaqoqlar götürə bilmirik. Bizdə əsasən kişi səsləri çatımır, yəni, kişi müəllimlər” — deyə Qasımova bildirib.

O qeyd edib ki, əgər Rəşidə Behbudova müəllimlik etmək istəyirsə, bunu Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də edə bilər. Qasımovanın sözlərinə görə, Behbudova klassik müğənni deyil, estrada müğənnisidir. Ona görə də, adıçəkilən təhsil müəssisələri onun müəllimlik etməsi üçün daha uyğundur.

“Əgər o, məhz BMA-da dərs demək istəyirsə, onda fortepiano kafedrasında özünə iş tapa bilər. Amma bizdə yer yoxdur. Mənə məlum olduğuna görə, o, Fortepiano fakültəsini bitirib və ona görə də orada tələbələri öyrədə bilər” — deyə Qasımova əlavə edib.

Rəşid Behbudov adına Mahnı Teatrından isə bizə bildirdilər ki, Rəşidə Behbudova indiyə qədər teatrın solistidir və hal-hazırda digər ifaçılar kimi bədii rəhbər, xalq artisti Salman Qəmbərova tabedir.

Onların sözlərinə görə, binanın təmirindən sonra estrada-simfonik orkestri təşkil edilib. Ona görə də əvvəl bir çox solistlər buraxılıb, lakin sonra onlar, eləcə də Rəşidə Behbudova yenidən işə dəvət olunub. Lakin Rəşidə özü işləmək istəməyib. Teatrdan onu da bildiriblər ki, Behbudovanı heç kəs qovmayıb və o, bu günlərdə yenidən Mahnı Teatrında işə başlayıb.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …