Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

Magistraturaya qəbul imtahanının II cəhdi keçiriləcək

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II cəhdi mayın 26-da keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …