Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “MADO”-da OTURMAĞIN 1 DƏQİQƏSİ 2 MANATA BAŞA GƏLİR – FOTO

“MADO”-da OTURMAĞIN 1 DƏQİQƏSİ 2 MANATA BAŞA GƏLİR – FOTO

Gündəlik həyatımızda daim istehlakçı olaraq hüquqlarımızın tapdanması halları ilə qarşılaşırıq. Bu dəfə isə hüquqlarımızı tapdalayan “aya” daha böyük oldu. Söhbət “28 Mall” ticarət mərkəzində yerləşən “Mado cafe”dən gedir. Baxmayaraq ki, ölkə başçısı dəfələrlə öz çıxışlarında bəzi sahibkarlara iradını bildirib, süni bahalaşmaya qarşı aidiyyatı strukturları tədbir görməyə səsləyib. Təəssüflər olsun ki, heç kim bundan nəticə çıxartmır, ələlxsus da “Mado”. Bu kafedə hamımızın bildiyi çayın, özü də rəngi qaçmış çayın adını dəyişdirilib “Earl Grey çay” edilərək 6 AZN-ə, “K-Cheesecake moruqlu” şirniyyat 6.50 AZN-ə, “K_Tiramisu” adlı şirniyyatı isə 6.50 AZN-ə təklif edilir. Ümumilikdə iki insanın 10 dəqiqəlik çay süfrəsi 19 AZN-ə başa gəlir.

Hər dəqəqəsi təxmini hesabla 2 AZN. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu halların baş alıb getdiyini deyir: “Çox təəssüflər olsun ki, belə hallar baş alıb gedir. Bu, birmənalı şəkildə istehlakçıların hüquqlarının pozulmasıdır. Gərək aidiyyatı strukturlar ciddi şəkildə tədbir görsünlər. Belə hallar baş verərsə, istehlakçı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməlidir. Lakin bu sahədə onların apardığı işlər yarıtmaz səviyyədədir. Onlara ünvanlanan şikayət və müraciətlərə aylarla baxılmır. Bəzən 3-4 aydan sonra cavab yazırlar.

Yazandan sonra da qeyd edirlər ki, gedin məhkəməyə müraciət edin. Ölkə başçısının biznes qurumlarına yaratdığı münbit şəraitdən sui-istifadə edərək istehlakçıların hüquqlarını kobud şəkildə tapdalayırlar. Heç bir dövlət qurumu da müdaxilə etmir və çox anormal bir vəziyyət yaranıb”. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən sözügedən məsələ ilə bağlı şikayət qeydə alınsa da “Sərbəst bazar iqtisadiyyatıdır, yalnız qiymətləri dövlət tərəfindən müəyyənləşdirilmiş məhsullardan başqa digər məhsullar tələb və təklif əsasında istənilən qiymətə təklif edilə, satışa çıxarıla bilər.

Yalnız siyahıda adları əks edilmiş məhsulların qiymətində artım olarsa, o zaman nazirlik tərəfindən araşdırılacaq və təsdiqini tapdığı təqdirdə tədbir görüləcək” deyə bildirilib. Bu isə o deməkdir ki, bu kafedə keçirdiyiniz hər dəqiqəyə 2 manat ödəməkdə davam edəcəyik. Təbii ki, orda gördüklərindən sonra da getmək istəyənlər olarsa… 

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın