Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Məşhur türk aktyoru vəfat etdi

Məşhur türk aktyoru vəfat etdi

Türkiyənin məşhur aktyoru Ercüment Balakoğlu dünyasını dəyişib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, 80 yaşlı aktyor bir müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
1 yanvar 1934-cü ildə Zonquldakda doğulan Balakoğlu “Çocuklar Duymasın” adlı məşhur serialda yaratdığı Dursun obrazı ilə daha da məşhurlaşmışdı. 2013-cü ildən bəri Tamaşa teatrında çıxış edən aktyor “Günəşə səyahət”, “Məktub”, “Papatyam”, “Danimarkalı gəlin”, “Çılğın sevgililər” və s. kimi layihələrdə yer alıb.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …