Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Məşhur iş adamı məhkəməyə verildi: Ölkədən pul çıxarıb

Məşhur iş adamı məhkəməyə verildi: Ölkədən pul çıxarıb

Azərbaycanda “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan “Nurgün Motors” şirkəti barəsində protokol tərtib edilib.

Şirkət iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.

Müddəanın tələblərinə əsasən, “Nurgün Motors” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevin sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğində cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Nurgün Motors”un sahibi iş adamı Nuru Əliyevdir.(Qaynarinfo)

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …