Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Məscidlərimizdə internet var? – Açıqlama

Məscidlərimizdə internet var? – Açıqlama

İnternet hazırda günümüzün ən vacib tələbatlarından biri hesab olunur. İnsanlar texnologiyanın bu imkanlarından gündəlik olaraq hər yerdə – işdə, evdə, istirahət məkanlarında istifadə edirlər.
Avropa ölkələri və başqa yerlərdə hətta dini məkanlar da internetlə təmin olunub. 

Bəs Azərbaycanda necə, məscidlərdə internet varmı, ibadətə gələnlər Wi-Fi-dan istifadə edə bilərmi? Yoxsa Azərbaycan məscidlərində internetdən istifadə haramdır?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Bakıdakı “Məşədi Dadaş” məscidinin imam camaatı hacı Şahin Həsənli Modern.az saytına bildirib ki, bu gün bir çox məscidlərdə də Wi-Fi şəbəkəsi vasitəsilə internetdən istifadə etmək mümkündür: “Ölkəmizdə kifayət qədər məscid var ki, internetdən istifadə olunur. Buna təmamilə normal baxılır, burada qəbahətli nəsə yoxdur”.

Hacı Şahinin sözlərinə görə, dini ayinlər insanlarla canlı şəkildə icra olunmalıdır:
“Məsciddə keçirilən tədbirlərin canlı şəkildə yayımlanması üçün internetdən istifadəyə ehtiyac olur. Məsələn, bayramlarda və ya hüzn mərasimlərində internet vasitəsilə canlı yayımdan istifadə edilir, belə tədbirlər sosial şəbəkələrdə canlı olaraq yayımlanır. Məsciddə internetin olması təmamilə normal haldır, heç bir əsas yoxdur ki, biz məsciddə internetdən istifadəni qadağan edək”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …