Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “Məscidin bağlanması uyğun görülübsə, belə də olmalıdır” – Şeyxin qudası

“Məscidin bağlanması uyğun görülübsə, belə də olmalıdır” – Şeyxin qudası

Azərbaycanla İranın münasibətlərinin kəskinləşməsi səbəbilə Kərbəla ziyarətinin İran üzərindən deyil, Türkiyə üzərindən təşkil edilməsi ilə bağlı təkliflər var. Bir qrup şəxs bunula İrana təzyiq edilməsinin tərəfdarıdır.

Maraqlıdır, bu təklif reallaşa bilərmi?

Mövzu ilə bağlı danışan Milli Məclisin keçmiş deputatı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə ziyarətin hansı şəkildə təşkil olunmasının fərqi olmadığını bildirib:

“İnsanların Kərbəlaya hansı ölkə üzərindən ziyarət etməsinin fərqi yoxdur. Yəni istər İran, istərsə də Türkiyə üzərindən bu ziyarəti həyata keçirmək olar. Ziyarət etmək istəyən şəxs üçün bunların heç bir fərqi olmamalıdır”.

Şeyxin qudası İran-Azərbaycan münasibətləri barədə də danışıb: “İran-Azərbaycan münasibətlərinin gərgin vəziyyətdə olması ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan prezidenti nə deyirsə, onunla yerdən göyədək razıyam. Mən azərbaycanlıyam, öz prezidentimi, hökumətimi də müdafiə etməliyəm. Seyid Əli Əkbər Ocaq Necatın Bakıda fəaliyyət göstərən ofisinin bağlanması ilə əlaqədar isə onu deyə bilərəm ki, hökumət nə edirsə, düz edir. Dövlət nə məsləhət bilirsə, o düz olar. Sizin, mənim bilmədiyim məsələlər var, lakin dövlət bunu bilir. Məscidin bağlanması uyğun görülübsə, belə də olmalıdır”. Sfera.az

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …