Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Mərkəzi Nəbatat Bağında qanunsuz tikililər məcburi köçkünlərə məxsus imiş – VİDEO

Mərkəzi Nəbatat Bağında qanunsuz tikililər məcburi köçkünlərə məxsus imiş – VİDEO

Azərbaycan Milli Elmlər Akademiyasın Mərkəzi Nəbatat Bağında qanunsuzluqlar aşkarlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, akademiyanın balansında olan bağda yoxlamalar aparılıb.

Müəyyən olunub ki, bağın keçmiş rəhbərliyi tərəfindən bir müddət əvvəl bağın ərazisində iki evin tikilməsi üçün şərait yaradılıb.

Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev bildirib ki, ərazidə qanunsuz evlərin tikilməsi faktı yeni aşkar edilib.

Bağda ağaclara vaxtı-vaxtında aqrotexniki qulluq edilmədiyi də aşkarlanıb. Həmçinin bəzi hissələrdə ağacların quruduğu, təmizlik işlərinin aparılmadığı üzə çıxıb.

 Onun sözlərinə görə, qanunsuz tikililərlə yanaşı, digər çatışmazlıqlarla bağlı da məlumatlar toplanıb.

Natiq Allahverdiyev əlavə edib ki, bağ yeni görünüşü ilə qonaqlarını qarşılayacaq. Artıq abadlıq işlərinin səmərəli təşkili məqsədilə komissiya yaradılıb. Bağın yeni layihəsi təqdim edilib və müəyyən işlərə başlanıb.

İddialarla bağlı Mərkəzi Nəbatat Bağının əvvəlki rəhbəri Vahid Feyzullayev ilə əlaqə saxladıq. O bildirdi ki, 1991-ci ildə bağın ərazisində bir neçə məcburi köçkün ailəsi yerləşib. Ərazidə tikilən evlər də onlara məxsusdur.

Bütün hallarda məsələ araşdırılır və yaxın vaxtlarda problemə hüquqi qiymətin verilməsi gözlənir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …