Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Mərhum şairin “Yarımçıq qalan vüsal”ı… – FOTOLAR

Mərhum şairin “Yarımçıq qalan vüsal”ı… – FOTOLAR

AMEA-nın Beynəlxalq münasibətlər və Nizami adına Ədəbiyyat institutu Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisi olmuş filologiya elmlər namizədi (doktorluq işi hazır idi və ölümündən sonra “Cənubi Azərbaycan ədəbiyyatının yeni inkişaf mərhələsi (1850-1920)” kitab şəklində dərc olundu), tarixçi, Şəhriyarşünas alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, mərhum şair Nazim Rizvanın ölümündən sonra daha bir poemalardan ibarət kitabı işıq üzü görüb.

Musavat.com xəbər verir ki, həyatı boyu doğma Azərbaycan uğrunda ürəyini bir məşəl kimi yandıran mərhum şairin kitab təqdimatı gecəsinə onunla vaxtilə çiyin-çiyinə çalışmış alim yoldaşları, qələm dostları, və doğmaları toplaşıb.

Kitabın araya-ərsəyə gəlməsinin təşəbbüskarı isə,  tələbəsi və hal-hazırda Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi olan  davamçısı Şəhriyarşünas alim Esmira Fuad (Şükürova) olub.

Gecədə mərhum haqqında söhbətlər edilib, xatirələr bölüşülüb, şeirləri səsləndirilib.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …