Ana səhifə / Cəmiyyət / Mərhum jurnalist İlqar Qulusoyun kitabının təqdimatı oldu – VİDEO

Mərhum jurnalist İlqar Qulusoyun kitabının təqdimatı oldu – VİDEO

İyulun 1-də mərhum ömrünün 36-cı ilində futbol oyunu zamanı qəflətən həyatla vidalaşmış, “Lider” televiziyasının əməkdaşı İlqar Qulusoyun “Son ümid” şeirlər kitabının təqdimatı “Xəmsə” şadlıq sarayında baş tutdu. Tədbirin əsas yükü Gənc Tamaşaçılar Teatrının aktrisa və aktyorlarının üzərinə düşdü.

Təqdimatı giriş sözü ilə açan mərhumun əmisi Mirzəli Quliyev gələn qonaqları salamlayıb, bu kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. İlqarın keçdiyi qısa ömür yoluna nəzər salan Mirzəli müəllim geridə qalan 1 ildə İlqarın yoxluğu ilə barışmadıqlarını dilə gətirdi.
Millət vəkili Sahib Alıyev, hərbi ekspert Ramil Məmmədli, Azinforum.az saytının baş redaktoru Məhəmmədəli Qəribli , Lider TV-nin işçisi Elnur Niftəliyev, Asif Kəngərli, o cümlədən bəndəniz İlqar haqqında xatirələrimizi bölüşdük.

Gənc Tamaşaçılar Teatrının aktrisa və aktyorlarının ifasında İlqarın şeirləri qonaqların ruhunu oxşadı. Tədbirə öz uyumlu səsi ilə damğa vuran gənc ifaçı Fəhmin isə İlqarın “Oyansın” şeirinə bəstələnmiş mahnını necə gözəl ifa etdisə, qonaqlar tərəfindən dəfələrlə alqışlandı.
Bir daha İlqarın dostu olaraq həmin tədbirə əziyyət çəkib gələn – Heydər Oğuza,  Aqşin Kamala, Asif Kəngərliyə, Кənan Şərifova və başqalarına minnətdarlığımı bildirirəm.

 

 

https://www.youtube.com/watch?feature=youtu.be&v=wv6S3EEiYqg&app=desktop

Emin TARVERDİYEV

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın