Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / “Mən elə sizəm”- Leyla Əliyeva

“Mən elə sizəm”- Leyla Əliyeva

Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Mən elə sizəm” adlı şeirini “İnstaqram” səhifəsində izləyiciləri ilə paylaşıb.

“Azinforum”  Kult.az-a istinadla sözügedən şeiri təqdim edir:

Mənə ağlayan gözləriniz olaydı,
Məni sevən ürəyiniz,
Mən elə sizəm, siz.

Bir az da yaxşı baxsanız,
görərsiniz məni üzünüzdə,
gözünüzdə.
Bir az da yaxşı sevsəniz
Dönərsiniz mənə özünüz də.
Mən elə sizəm, siz.

Başqa ürəyimlə, başqa qayğımla,
Başqa nəfəsimlə, başqa ağlımla
Mən elə sizəm.

Ağacların arasında durmuşdum
Siz yanımdan keçəndə.
Bəlkə ağaca oxşatdınız məni,
bəlkə elə siz özünüz
ağacsınız-
yeriyən ağac?

Bəlkə elə biz hamımız
torpaqdan dikələn ağaclarıq,
əl edirik yarpaq-yarpaq.
Bəlkə elə siz də, mən də
Heç bu ağac deyilik-
bir parça göyük,
bir ovuc torpaq.

Mənə ağlayan gözləriniz olaydı,
Məni sevən ürəyiniz-
Mən elə sizəm, siz.

Tərcümə: Kamal Abdullayev

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …