Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı…

Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı…

Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Rafiq Aslanovun oğlunun avtomobil kolleksiyası üzə çıxıb.

Bu barədə məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli paylaşıb.

Jurnalist bildirib ki, Avtomobillərinin bəzilərinin nömrələri soyadına uyğun Asl × nov (× sıralama rəqəmlərlə ifadə olunur, məs. 1,2,3,4,5 və s.) kimi qeydiyyata alınıb: “Kolleksiyada Bentley, Range Rover, Mercedes S Class, C Class, E Class da daxil olmaqla xeyli sayda avtomobil var. Nömrələrindən asılı olmayaraq fotolardakı avtomobillər eyni kolleksiyasındandır”. 

Qeyd edək ki, son dövrlər Azərbaycanda yaranmış su problemi Meliorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyətini gündəmə gətirib. Problemlər bu sahəyə ayrılan vəsaitin təyinatı üzrə xərclənmədiyi göstərir.

Hətta dövlət başçısı  ötən ay su təsərrüfatının vəziyyətinə dair keçirdiyi videokonfransda bunları qeyd etmişdi: “Əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”. 

Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı: Bu pullar hardandır? 
Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı: Bu pullar hardandır? 
Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı: Bu pullar hardandır? 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …