Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Məleykə Abbaszadə: “Dövlət qulluğu sahəsində islahatlar həyata keçirilir”

Məleykə Abbaszadə: “Dövlət qulluğu sahəsində islahatlar həyata keçirilir”

“Ölkəmizdə gənclərlə iş, məşğulluq, dövlət qulluğu və təhsil sahələrində bir sıra məqsədyönlü islahatlar həyata keçirilməkdədir”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, minlərlə gəncin nüfuzlu xarici universitetlərdə təhsil almasını nəzərdə tutan dövlət proqramı bu tədbirlərdən yalnız biridir.

M.Abbaszadə həmçinin bildirib ki, Azərbaycanda gənc idarəçi kadrların bankının yaradılması məqsədilə təşkil olunmuş “Yüksəliş” müsabiqəsini və qaliblər üçün mentorluq proqramlarının təşkilini bu istiqamətdə aparılan siyasətin növbəti mərhələsi hesab etmək olar:

“Gənc idarəçilərin kadr bankının formalaşdırılması müasir standartlara uyğun yetişmiş insan resurslarının mövcud idarəetmə sisteminə məqsədyönlü və dəqiq inteqrasiyası məqsədi daşıyır. Bu kimi tədbirlər idarəetmə mühitinin və kadr münasibətlərinin müasirləşməsinə səbəb olacaqdır”. Report

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …