Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Mələkxanım Əyyubovadan Canəli Əkbərovla bağlı kövrək açıqlama”

Mələkxanım Əyyubovadan Canəli Əkbərovla bağlı kövrək açıqlama”

Bildiyimiz kimi, Azərbaycanın xalq artisti Canəli Əkbərov ötən gün dünyasını dəyişdi. 
Bu itkidən üzüldüyünü bildirən xalq artisti Mələkxanım Əyyubova Qaynarinfo.az saytına açıqlama verib:

“Canəli Əkbərov görkəmli sənətkarımız, yüzlərlə tələbənin ustadı, opera səhnəmizin əvəzsiz Məcnunu, Kərəmi, Aşıq Qəribi, ADMİU-nun “muğam sənəti” kafedrasının müdiri, həmçinin ailəmizin dostu idi. Canəli müəllim muğam sənətində çox böyük töhvələr verib. O, muğam sənətinin incilərindəndir. Milli radiomuzda onun onlarla muğam dəsgahları yer alır. Canəli müəllim haqqında çox söz demək olar. O, həmçinin çox dostcanlı, ailəcanlı insan idi,  ayrı cür valideyn, ayrı cür pedaqoq idi. Güclü yumor hissinə malik, pozitiv sənətkar idi. Heç vaxt bədbin olmurdu. Canəli müəllim hər bir sənət yoldaşı ilə dost idi, hamıya öz kömək əlini uzadırdı”. 
Həmsöhbətimiz xalq artistindən çoxlu muğam öyrəndiyini də bildirib:
“Düzdür, mənim ustadım Qulu Əsgərov olub, amma mən Canəli Əsgərovdan da çox muğamlarımızı, dəsgahlarımızı öyrənmişəm. Hətta dünyasını dəyişən sənətkarlarımızdan da nəsə öyrəniriksə, onu da özümüzə ustad sayırıq. Çox da danışmaq istəmirəm. Böyük sənətkar haqqında düşünürəm ki, bütün sözlərimi, fikrimi ifadə elədim. Allah ona qəni-qəni rəhmət eləsin. Ruhu şad olsun. Canəli Əkbərov evindən yox, elindən getdi.”

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …