Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Məktəblilərə yol hərəkəti qaydaları izah edilir

Məktəblilərə yol hərəkəti qaydaları izah edilir

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanır.
Bu məqsədlə Daxili İşlər Nazirliyinin göstərişinə əsasən 2018-ci ilin 15 sentyabrında başlayan və oktyabrın 15-dək davam edəcək “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Bu istiqamətdə Qusar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərdəki 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək olub. Məktəblilərə yol nişanları haqqında məlumat verilib, yollarda piyada keçidləri üçün nəzərdə tutulan piyada zolaqlarından istifadənin zəruriliyindən danışılıb.

Tədbir təhsil müəssisəsinin qarşısında yerləşən yolda sona çatıb. Şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyyələr verilib.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …