Ana səhifə / Cəmiyyət / Məktəblərdə tətillər ləğv edildi – QƏRAR

Məktəblərdə tətillər ləğv edildi – QƏRAR

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərarda qeyd olunub ki, ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək. Dərs ili ərzində müəyyən edilən tətillər ləğv edilib.
Bu qərar 2020-ci ilin sentyabrın 15-dən qüvvəyə minir.
Qeyd edək ki, dəyişiklikdən əvvəl ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatırdı. Dərs ili iki yarımilə bölünürdü:
– birinci yarımil – 15 sentyabr – 26 yanvar;
– ikinci yarımil – 1 fevral – 14 iyun.
– Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilirdi:
– 5 gün payız tətili (16-20 noyabr);
– 5 gün qış tətili (27-31 yanvar).
– İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilirdi.
– Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır.
– Məktəbəhazırlıq qruplarında dərs ili iki yarım ilə bölünürdü:
– I yarım il: 1 oktyabr – 26 yanvar;
– II yarım il: 1 fevral – 31 may.
– Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunurdu:
– 5 gün payız tətili (16-20 noyabr);
– 5 gün qış tətili (27-31 yanvar);
– 5 gün əlavə tətil (1-5 may).
Eyni zamanda bundan əvvəl yaranmış şəraitdən və vəziyyətdən asılı olaraq, Təhsil Nazirliyinin əmrinə əsasən respublikanın bütün ərazisində və yaxud bu və ya digər ərazi vahidində dərs ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilərdi.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …