Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Məktəb direktoru şagirdi döydü – FOTO

Məktəb direktoru şagirdi döydü – FOTO

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayeva şagirdi döyərək, ona xəsarət yetirib.
O, məktəbin 7 “D” sinfinin şagirdi Anar Mirzəağayevə fiziki təzyiq göstərib. Nəticədə şagirdin qulağı əzilib və boynunda iz qalıb.
Xəbəri Bakupost.az -a şagirdin anası Könül Mirzəağayava təsdiqləyib.
O bildirib ki, hadisə övladının günahı ucbatından baş verdiyi üçün direktordan şikayət etməyib:
“Məktəbin həyətində uşaqlar sıraya düzülən zaman mənim uşağım digər bir uşağa söyüş söyüb, ona görə də direktor onu vurub. Boynunda iz qalıb. Həmin gün bir az ağrayıb, daha sonra keçib gedib. Günah uşağımda olduğu üçün direktora heç bir şey demədim”.
Qeyd edək ki, Çinarə Atayeva qalmaqallı hərəkətləri ilə bir neçə dəfə medianın gündəminə gəlib.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …