Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Məhkumlarla bağlı humanist addım

Məhkumlarla bağlı humanist addım

Cəzasının ən azı 25 ilini çəkmiş ömürlük məhkumun cəzası 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Bununla bağlı Cinayət Məcəlləsinin 57-ci maddəsinə (Ömürlük azadlıqdan məhrum etmə) dəyişiklik edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, təklif olunan variantda deyilir ki, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.

Mövcud variantda isə deyilir ki, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Yəni, hazırda bu müddət 15 ildir.

Qeyd edək ki, 57.3-cü maddədə deyilir ki, məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Xatırladaq ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …