Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Məhkəmələrdə nələr baş verir? – “Hakimin biri yatır, o biri telefonla oynayır…”

Məhkəmələrdə nələr baş verir? – “Hakimin biri yatır, o biri telefonla oynayır…”

Tanınmış vəkillər məhkəmə-hüquq sistemində baş verənlərdən narazıdırlar. Onların bir neçəsi sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirdikləri şikayətlərdə ölkədə ədalət mühakiməsinin mövcudluğu şübhə altına alınır.

Vəkil Cavad Cavadov “Facebook” hesabında bildirib ki, cinayət mühakimə icraatında durum dəhşətdir: “Məhkəmələr ittiham aktını təsdiq etməklə məşğuldular. Ara-sıra bəraət hökmləri nadir tapıntı, sensasiya kimi qəbul olunur.Tanıdığım bütün vəkillər bundan açıq narazılıqlarını bildirirlər.
Bu səbəbdən uzun-uzadı məhkəmə proseslərinin keçirilməsinə ehtiyac yoxdur”.

Vəkil Mərdəli Hüseynov isə hakimlərin vəkillərə və məhkəmə prosesinə sayğısızlığını belə təsvir edib: “Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə çıxışı elədim, çıxışım biraz uzun çəkdi. Sağda oturan hakim yatırdı, solda oturan telefonda oynayırdı, ortada oturan isə katibəsi ilə danışırdı.

Mən əlimdəki dəmir qələmlə bir neçə dəfə stola vurdum ki, ayılsınlar, lakin nəticə olmadı. Gördüm ki, mənə nəinki qulaq asmır, heç saymırlar, bir müddət dayandım. Gördülər ki, səs kəsildi, gəlmir, ortada oturan soruşdu ki, qurtardınız? 

Dedim yox, sizi gözləyirəm. Proses saat 14:00 üçün təyin edilmişdi, amma saat 17:45 də başladı, çıxışım çox güclü olduğundan maksimum cəza verdilər. Bir növ vəkil kimi məni cəzalandırdılar ki, boş-boş danışma, uzun çək-çevirdən sonra ağır cinayətlərə dair notariat ofisinin baş notariusu sənədin əsli ilə düzlüyünü təsdiq etdi”.

Həmçinin oxuyun

“Utancverici hadisədir, məhkəmənin qərarını gözləyirəm” – Teatr direktoru

“Məhkəmənin son qərarını səbirsizliklə gözləyirəm. Çünki mənimsəmə faktına görə ölkədən çıxış qadağası qoyulub. Bu, isə …