Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Məhkəmə Şakir Musayevin işçisinin faizə və ya borca pul verməsini araşdırır – PROSES

Məhkəmə Şakir Musayevin işçisinin faizə və ya borca pul verməsini araşdırır – PROSES

Bu günlərdə Azinforum.az-da  Məmmədova Kamilə Azad qızı adlı vətəndaşın  müraciəti əsasında “MƏHKƏMƏ TİBBİ EKSPERTİZA MƏRKƏZİNİN İŞÇİSİ FAİZƏ PUL VERİR” başlıqlı yazı  gedib. Həmin yazıda şikayətçi öz xalası qızları – Ceyran və Xanım  Səmədova bacıları tərəfindən şərləndiyini iddia edərək bildirirdi ki, o, həmin bacılardan faizə pul götürərək, iş yoldaşı Abbasova Rəfiqə Nadir qızına verib:

“Sonra da onlardan alınan pul faizilə birlikdə artıqlaması ilə qaytarılıb. İndi isə bacılar yalan iddia irəli sürərək mənim onlardan borc aldığımı və qaytarmadığımı deyillər”.

Qeyd edək ki, Abbasova Rəfiqə Nadir qızı da Azinforum.az-a açıqlamasında Ceyran və Xanım bacılarından faizə pul götürdüyünü təsdiqləyib.

Azinforum.az bildirir ki, hazırda bu işə Nəsimi rayon məhkəməsində baxılır. Hakim Pərviz Abdullayevin icraatında olan işlə bağlı ilk iclas  ötən ayın 29-a keçirilib. Növbəti məhkəmə prosesi oktyabrın 6-na  saat 12.00-a təyin edilib. Cavabdeh kimi tanınan tərəfin saytımıza verdiyi məlumata görə, onlar hakimə bacılardan birinin əlyazması ilə faizə pul götürdüyünü təsdiq edən sənədi də təqdim ediblər:

“Hesab edirik ki, həmin əlyazmada hər bir detal öz əksini tapıb. Öbyektiv araşdırılsa bizim borc yox, faizə pul götürməmiz tam təsdiq olunacaq”.

 Qeyd edək ki, iddianı irəli sürən Səmədova Ceyran Adilxan qızı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində çalışır. Onun Xanım adlı baçısı isə, Qara Qarayev adına uşaq xəstəxanasında tibb baçısı işləyir.

Cavabdeh kimi tanınan Məmmədova Kamilə Azad qızı isə orta məktəblərdən birində müəllimə işləyir.

Yazıda adları çəkilən bütün şəxslərin mövqeyinə yer verməyə hazırıq.

Movzuya qayıdacayıq.

Çinarə SEYİDOVA

AZİNFORUM.AZ

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın