Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Məhkəmə proseslərinin keçirilməsi ilə bağlı məhdudiyyət aradan qalxır

Məhkəmə proseslərinin keçirilməsi ilə bağlı məhdudiyyət aradan qalxır

Bu gündən Azərbaycan məhkəmələrində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla digər proseslərin keçirilməsinin məhdudlaşdırılması müddəti başa çatır.
Məhdudiyyət sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Ali Məhkəmə tərəfindən tövsiyə edilmişdi.

Təxirəsalınma üçün yanvarın 25-ədək müəyyənləşdirilən müddət bitdiyi üçün bütün növ məhkəmə işlərinə baxış iclasları bərpa edilir.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …