Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Məhkəmə Müşviq Şahverdiyevin “Cinemazadeh”ya qarşı iddiasına ayın 30-da baxacaq

Məhkəmə Müşviq Şahverdiyevin “Cinemazadeh”ya qarşı iddiasına ayın 30-da baxacaq

Azərbaycanın məşhur komediya aktyoru, rejissor və teleaparıcı Müşviq Şahverdiyev ölkənin tanınmış şirkətlərindən biri olan “Cinemazadeh” MMC-yə (VÖEN – 1403588261) qarşı qaldırdığı məhkəmə iddiası üzrə növbəti iclas may ayının 30-da keçiriləcək.
Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatında olan iş üzrə daha əvvəl 3 dəfə hazırlıq iclası keçirilib. Məhkəmə iddiasının müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisələr səbəbilə qaldırıldığı bildirilir.
Məlumat üçün bildirək ki, daha əvvəl “Cinemazadeh” MMC tərəfindən də Müşviq Şahverdiyevə qarşı məhkəmə iddiası qaldırılmışdı.
Onu da qeyd edək ki, 16.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan “Cinemazadeh” MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Hüquqi ünvanı Nəsimi rayonu, Üzeyir Hacıbəyov, ev 51, m. 20-də yerləşən MMC-nin qanuni təmsilçisi Axundzadə Cəfər Rafiq oğludur.

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …