Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Məhərrəm ayında gecə barlarına getməyi azaltmaq, vətənpərvər olmaq lazımdır”

“Məhərrəm ayında gecə barlarına getməyi azaltmaq, vətənpərvər olmaq lazımdır”

“Məhərrəm ayı müsəlmanın ağır ayı sayılır. İmam Hüseynin şəhid olduğu müqəddəs aydır. İmam Hüseynin şəhidliyi hamımız üçün, gənclər üçün şəhidlik nümunəsi idi. Onlar əyilmədilər, sınmadılar. Yezidin qarşısında şəhid oldular, amma fikirlərindən dönmədilər. Gənclərimizə sağ-salamat olmağı arzulayıram. Hesab edirəm, Məhərrəm ayında, bu günlərdə bir qədər gecə barlarına getməyi azaltmaq, vətənpərvər olmaq lazımdır…”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat Məhərrəm ayında keçirilən matəm məclislərində özünüdöymə hallarının əleyhinə olduğunu bildirib: “Quranda belə bir şey yoxdur ki, kimsə özünü döysün, öldürsün. Ona qalsa Qarabağda hələ görüləcək işlərimiz çoxdur, tələsməsinlər, gedib erməniləri döyərik, ordan qovarıq. O demək deyil ki, özünü döyməklə Allah üçün nəsə edirlər. Ən böyük şey elə dua oxumalarıdır. Müqəddəs yerlərə, Şəhidlər Xiyabanına getməlidirlər. Vətən Müharibəsində 3 min şəhidimiz var, onların məzarlarını ziyarət etmək daha yaxşı olar”.

E.Quliyev Məhərrəm ayında çimərliyə getməyin günah olduğu barədə iddialara da münasibət bildirib: “Uydurmadır. Onda heç hamamda da çimməsinlər. Məhərrəm ayı o demək deyil ki, sən çirkli gəzəsən. Dənizdir də. Hava istidir, getsinlər. Əsas odur, içki içməsinlər, başqa-başqa pis vərdişlərə qurşanmasınlar. Ümumiyyətlə, içkinin, narkotik maddələrin əleyhinəyəm. Məhərrəm ayında da belə vərdişləri etmək Allaha xoş getməz. Yoxsa, dənizdə çimib-çıxmaqla, ailəsini aparmaqla, gəzməklə… Bu, kimə nə edə bilər? Kim bunu qəbahət saya bilər? Bəzi dindarlar səhv edirlər. Nə Qafqaz Müsəlmanları İdarəsi, nə Şeyxülislam heç vaxt deməz ki, dənizə getməyin. Belə bir tövsiyəni heç kimdən eşitməmişəm. Heç ərəb ölkələrində də belə şey yoxdur…”

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …